Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-46/2024 21.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, X2, Nümayəndəsi və atası X4, İmişli Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X25 iştirakları ilə, İmişli Rayon Məhkəməsinin 2(036)-116/2024-018 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini üzrə qəbul edilmiş “icra məmuruna etirazın təmin edilməməsi haqqında” qərarının ləğv olunmasına dair X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 İmişli Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X12, icra məmuruna etirazın təmin edilməməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından şikayət verərək, qərarın qanunsuz hesab edilməklə ləğv edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, X8 ilə 2011-ci ildə faktiki evlənib 2012-ci ildə nikah qeyd etdirib atasına məxsus evdə bir yerdə yaşamışlar. 2 uşaqları olmuşdur. Sonradan iddiaçının xəyanəti səbəbindən birdəfəlik ayrılmış və xx.xx.2024-cü ildə boşanmışlar. O, 3-cü qrup əlildir. X8 ona uşaqların görüşməyinə mane olur. Onu şərləyib tutduracağı ilə hədələyir. Ona görə İmişli rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(036)-116/2024 saylı qətnaməsi ilə onun X6 qarşı idd ərizəsinə əsasən ona xx.xx.2012-ci İİ təvəllüdlü qızı Fatimə və xx.xx.2014-cü təvəllüdlü oğlu Yusiflə hər həftənin şənbə günü, uşaqların və valideynlərin doğum günlərində, Yeni il bayramı, 8 mart, 9 may qələbə günü və 28 may müstəqillik günü, 1 iyun Qurtuluş günü, 26 iyun silahlı qüvvələr günü, Zəfər bayramı və Düny Azərbaycanlılarının həmrəylik günü saat 10:00-dan 17:00-dək, Novruz bayramı, Ramazan bayramı və Qurban bayramının 2-ci günlərində saat 10:00-dan 17:00-dək, məktəblilərin yay tətli günlərində tərəflərin razılığı ilə 10 gün müddətində onun yanında qalmaqla ünsiyyət hüququnun tanınması qət edilmişdir. Lakin İmişli rayon icra şöbəsinin icra məmuru Ramil Paşayev qətnaməni icra etməmiş, demişdir ki, “şənbə və bayram günlərində mənim iş saatım deyil, get cavabdehin qapısına, uşaqlarla özün görüş.” Həm də deyir “maşınıma yanacağı kim alacaq?” Atası benzin üçün Ramilə 20 manat pul verdiyini, o isə pulu atasının üstünə atmış, demişdir buna nə edir? xx.xx.2024-cü il (şənbə günü), xx.xx.2024-cü il (şənbə günü), xx.xx.2024-cü il (şənbə günü), xx.xx.2024-cü il (şənbə günü) tarixlərdə 4 həftə o, uşaqları ilə görüşə bilməmiş, icra məmuru Ramil Paşayev dörd həftəlik görüş olmadığına aydınlıq vermək əvəzinə ona demişdir ki, “çıx otağımdan, çıxmasan polis çağırıb səni atdıracam içəri”. Azərbaycan qanunlarını Ramil Paşayev tanımaq istəmir və yerinə yetirmək istəmir. Odur ki, o, kimə arxayındır? Onun qətnaməni icra etməməsində məhkəməyə şikayət etmiş, lakin ərizəsi geri qaytarılmışdır. O, onun rəisi Samir Osmanova da müraciət etmiş, icra məmuruna etirazı olduğunu bildirmiş, dəyişdirilməsini xahiş etmişdir. Samir Osmanovun 25 aprel 2024-cü il tarixli icra məmuruna edilən etirazın təmin edilməməsi haqqında qərar qəbul edilmişdir. Qərarda göstərilmişdir ki, etiraz üçün əsas yoxdur. O da öz işçisini müdafiə etdi və beləliklə, qətnamə icra olunmamış qalır. X8 da onu uşaqların yanına buraxmır, o, ora getsə onu tutdurmağa bəhanə axtarır. O, uşaqları çox istəyir. Onların təlim tərbiyəsində iştirak etmək ən böyük arzusudur. Amma icra məmuru məhkəmə qətnaməsini icra etmək istəmir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda, heç bir konkret tədbir görülmür. Qanuna görə məhkəmə qətnaməsini icra etməmək cinayət məsuliyyətinə səbəb olur. Bəs niyə tədbir görülmür, səbəbi aydın deyil. Aşağıdakı əsaslara görə həmin qərarı qanunsuz hesab edir, icra haqqında Qanunun 42-ci maddəsinə görə - 42.1. İcra məmuru, tərcüməçi və ya mütəxəss tərəflərdən birinin və ya onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşdursa yaxud icraatın nəticəsində maraqlıdırsa yaxud onların obyektivliyinə və qərəzsizliyin şübhə doğuran kifayət qədər əsaslar vardırsa, onlar icraatda iştirak edə bilməzlər. Bu halda icra məmuru tərcüməçi və mütəxəssis özü-özünə etiraz etməyə borcludur. İcraatda iştirak edən tələbkar və ya borclu da həmin əsaslar üzrə icra məmuruna, tərcüməçiyə və mütəxəssisə etiraz edə bilərlər. 42.2. Etiraz əsaslandırılmalı, yazılı formada ifadə olunmalı və icra hərəkətlərinin həyata keçirilməsinə başlanmazdan əvvəl bəyan edilməlidir. 42.3. İcra məmuruna etiraz etmə haqqında məsələ icra qurumunun və ya icra xidmətinin rəhbəri tərəfindən on gün müddətində həll edilir. 42.5. İcra məmuruna etiraz təmin edildikdə, onun icraatında olan icra sənədləri icra qurumunun və ya icra xidmətinin rəhbəri tərəfindən digər icra məmuruna verilir. 42.6. İcra məmuruna etiraz təmin edilmədikdə, tərəflər bu barədə qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Rəis tələbkar olduğu icra vərəqəsinin niyə icra olunmadığını araşdırmadan əsassız qərar qəbul etmişdir, icra məmurunun qanuni qüvvəyə minmiş qətnaməsini icra etməməsi onun işdə maraqlı şəxs olduğunu göstərir. Məhkəmə iclasında iştirak edən şikayətçi X17 şikayəti müdafiə edərək bildirmişdir ki, dəmiryolunda işləyir. Məhkəmə qətnaməsi icra edilmədiyi üçün xx.xx.2024-cü il (şənbə günü), xx.xx.2024-cü il (şənbə günü), xx.xx.2024-cü il (şənbə günü), xx.xx.2024-cü il (şənbə günü) tarixlərdə 4 həftə o, uşaqları ilə görüşə bilməmişdir. O, aliment borcunu vaxtı-vaxtında ödəmişdir. Buna baxmayaraq icra məmuru tərəfindən işə baxılmamış və məhkəmə qətnaməsinin icrası 4 həftə müddətində icrasızı qalmışdır. Onda artıq icra məmurunun qərəzsizliyinə şübhələr yaranmışdır. Ona görə, İmişli Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X10 narazı qalaraq icra məmuruna etiraz etmiş lakin etirazı təmin edilməmişdir. Şikayətin təmin edilməsini və xx.xx.2024-cü il tarixli qərarın əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X9 nümayəndəsi X7 şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini və xx.xx.2024-cü il tarixli qərarın əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda xx.xx.2024-cü il (şənbə günü), xx.xx.2024-cü il (şənbə günü), xx.xx.2024-cü il (şənbə günü), xx.xx.2024-cü il (şənbə günü) tarixlərdə uşaqla ünsiyyət təmin edilməmişdir. xx.xx.2024-cü il tarixdə icra məmuru Ramil Paşayevin əvəzinə Hikmət Umudlu gəlmişdir. Bütün bunlar icra məmurunun qərəzsizliyinə şübhələrə yaratmışdır. Məhkəmə iclasında iştirak edən İmişli Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X12 qərarın əsaslı olduğunu, İmişli Rayon Məhkəməsinin 2(036)-116/2024-018 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi icraya yönəldiyini və buna görə də icra icraatının başlanıldığını, icra hərəkətləri davam etmişdir. İcra işi ilə bağlı tələbkar tərəfindən 2 dəfə icra şöbəsinə sənəd daxil olmuşdur ki, uşaqların anası uşaqlara bağlı görüşə mane olmuşdur. Uşaqlardan Yusif görüş istəmiş və Fatimə görüşmək istəməmişdir. Növbəti həftələrdə hər iki uşaqlarla görüşmüşlər. Bir neçə həftə qaydasında getmişdir. Bir müddət sonra yəni xx.xx.2024-cü il tairxdə X17 ilə uşaqları arasında görüş təyin edilmiş, lakin uşaqları saat 5:00-da anasına qaytarmalı olduğu halda, bunu etməmişdir. Uşaqların anası tərəfdən zəng gəlmişdir ki, X17 uşaqları qaytarmır. Onun X1 zeng edilmiş və o, uşaqları verməyəcəyini bildirmişdir. X17 bir neçə gün uşaqları qaytarmamışdır. X1 xəbərdarlıq, barəsində axtarış qərarı qəbul edilmişdir. Sonra məhkəməyə verilmiş və məhkəmənin qərarı ilə 10 gün müdətinə həbs edilmişdir. Polis əməkdaşlarının vasitəsi ilə xx.xx.2024-cü il tarixdə uşaqlar anasına təhvil verilmişdir. Bundan sonra qarşı tərəf uşaqları atasına verməmişdir. xx.xx.2024-cü il (şənbə günü), xx.xx.2024-cü il (şənbə günü), xx.xx.2024-cü il (şənbə günü), xx.xx.2024-cü il (şənbə günü) tarixlərdə görüş təşkil etmək mümkün olmamışdır. İcra məmuru eyni zamanda izahatına əlavə olaraq bildirmişdir ki, bununla bağlı konkret əməli icra tədbirləri görülməmişdir. Lakin, borclu tərəfindən qətnamənin icra edilməməsinə səbəb məhz tələbkarın hərəkətləri səbəb olmuşdur. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri, həmçinin icra işini nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. İmişli Rayon Məhkəməsinin 2(036)-116/2024-018 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, X13 xx.xx.2012-ci il təvəllüdlü qızı X14 və xx.xx.2014-cü il təvəllüdlü oğlu X11 hər həftənin şənbə günü, uşaqların və valideynlərin doğum günlərində, Yeni il bayramı, 8 mart, 9 may qələbə günü və 28 may müstəqillik günü, 15 iyun Qurtuluş günü, 26 iyun silahlı qüvvələr günü, Zəfər bayramı və Dünya azərbaycanlılarının Həmrəylik Günü saat 10:00-dan 17:00-dək, Novruz bayramı, Ramazan bayramı və Qurban bayramının 2-ci günlərində saat 10:00-dan 17:00-dək, məktəblilərin yay tətili günlərində tərəflərin razılığı ilə 10 gün müddətində onun yanında qalmaqla ünsiyyət hüququnun tanınmışdır. İş materiallarına əlavə edilmiş İmişli Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024cü il tarixli qərarından görünür ki, X9 16(036)-28/2023cü il tarixli icra sənədi üzrə icra məmuruna etirazı təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X3 İmişli Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X15 etiraz edərək başqa icra məmuru ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən, fiziki şəxslər icraatda şəxsən və ya nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Fiziki şəxsin icraatda şəxsən iştirakı onu həmin iş üzrə nümayəndəyə malik olmaq hüququndan məhrum etmir. İcra sənədi ilə borclunun üzərinə onun şəxsən icra etməli olduğu vəzifələr qoyulduqda, borclu həmin vəzifələri öz nümayəndəsi vasitəsilə yerinə yetirə bilməz. Məhkəmə, proses iştirakçılarının izahatını və icra işi materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməli və İmişli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icra məmuruna etirazın təmin edilməməsi haqqında qərarı ləğv edilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fıziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 42.1. İcra məmuru, tərcüməçi və ya mütəxəssis tərəflərdən birinin və ya onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşdursa yaxud icraatın nəticəsində maraqlıdırsa yaxud onların obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsaslar vardırsa, onlar icraatda iştirak edə bilməzlər. Bu halda icra məmuru, tərcüməçi və mütəxəssis özü-özünə etiraz etməyə borcludur. İcraatda iştirak edən tələbkar və ya borclu da həmin əsaslar üzrə icra məmuruna, tərcüməçiyə və mütəxəssisə etiraz edə bilərlər. 42.2. Etiraz əsaslandırılmalı, yazılı formada ifadə olunmalı və icra hərəkətlərinin həyata keçirilməsinə başlanmazdan əvvəl bəyan edilməlidir. 42.3. İcra məmuruna etiraz etmə haqqında məsələ icra qurumunun və ya icra xidmətinin rəhbəri tərəfindən on gün müddətində həll edilir. 42.4. Tərcüməçiyə və ya mütəxəssisə etiraz etmə haqqında məsələ icra məmuru tərəfindən həll edilir. Bu barədə icra məmuru tərəfindən on gün müddətində əsaslandırılmış qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. 42.5. İcra məmuruna etiraz təmin edildikdə, onun icraatında olan icra sənədləri icra qurumunun və ya icra xidmətinin rəhbəri tərəfindən digər icra məmuruna verilir. 42.6. İcra məmuruna etiraz təmin edilmədikdə, tərəflər bu barədə qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İmişli rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(036)-116/2024 saylı qətnaməsi ilə X9 X6 qarşı iddia ərizəsinə əsasən ona xx.xx.2012-ci il təvəllüdlü qızı X14 və xx.xx.2014-cü il təvəllüdlü oğlu X11 hər həftənin şənbə günü, uşaqların və valideynlərin doğum günlərində, Yeni il bayramı, 8 mart, 9 may qələbə günü və 28 may müstəqillik günü, 15 iyun Qurtuluş günü, 26 iyun silahlı qüvvələr günü, Zəfər bayramı və Dünya azərbaycanlılarının həmrəylik günü saat 10:00dan 17:00-dək, Novruz bayramı, Ramazan bayramı və Qurban bayramının 2-ci günlərində saat 10:00-dan 17:00-dək, məktəblilərin yay tətili günlərində tərəflərin razılığı ilə 10 gün müddətində onun yanında qalmaqla ünsiyyət hüququ tanınmışdır. Lakin buna baxmayaraq, X17 xx.xx.2024-cü il (şənbə günü), xx.xx.2024-cü il (şənbə günü), xx.xx.2024-cü il (şənbə günü), xx.xx.2024-cü il (şənbə günü) tarixlərdə 4 həftə o, uşaqları ilə görüşə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, məhkəmə qətnaməsinin göstərilən tarixlərdə borclu tərəfindən icra edilməməsinə baxmayaraq bununla bağlı icra məmuru tərəfindən konkret əməli icra tədbirləri görülməmişdir. Bu hal tələbkarın haqlı narazılıqlarına səbəb olaraq, onda icra məmurunun obyektivliyinə və qərəzsizliyinə şübhə doğurmuşdur. Buna görə də tələbkar tərəfindən icra məmuruna etiraz edilsə də, bu hala İmişli Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarında heç bir qiymət verilməmişdir. Həmin qərarda etirazın səbəbi və əsasları araşdırılmadan və göstərilmədən etiraz təmin edilməmişdir. Halbuki, Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Məhkəmə hesab edir ki, İmişli Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarında İmişli Rayon Məhkəməsinin 2(036)-116/2024-018 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməyərək, X17 xx.xx.2024-cü il (şənbə günü), xx.xx.2024-cü il (şənbə günü), xx.xx.2024-cü il (şənbə günü), xx.xx.2024-cü il (şənbə günü) tarixlərdə uşaqları ilə görüşə bilməməsinin səbəbləri və həmin tarixlərdə icra sənədinin icrasını təmin etmək məqsədilə heç bir tədbir görülməməsinin səbəbləri araşdırılmadığı, habelə məhkəmə qərarının vaxtında və düzgün icra olunmamasının bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz etməsi, həmçinin bunların tələbkarda ədalət mühakiməsinin obyektivliyinə və qərəzsizliyinə şübhə yarada bilməsi halı nəzərə alınmadığı üçün ləğv edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 İmişli Rayon İcra və Probasiya Şöbəsinin “icra məmuruna etirazın təmin edilməməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayət təmin edilsin. İmişli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli “icra məmuruna etirazın təmin edilməməsi haqqında” qərarı ləğv edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə əsasən) İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №8(036)-46/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-46/2024
21.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver