Məhkəmə qərarları › İş №8(036)-47/2023

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-47/2023

19.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-47/2023 19.04.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi Məmmədli Nadir Cabir oğlunun katibliyi, tələbkar X6, borclu X3 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-673/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə İmişli rayon icra və probasiya şöbəsindən daxil olmuş təqdimata İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X9 təqdimatla məhkəməyə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-673/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 673/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Borclu hər ay hər bir uşaq üçün 120 manat, iki uşağa görə ayda cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Borclunun əmlak vəziyyətinin yoxlanılması üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş, sorğuların nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlir müəyyən edilməmişdir. Dəfələrlə rəsmi və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədi üzrə tələbin icrasını təmin etmədiyi üçün borclu barəsində xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Azırbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qərarları ilə müvafiq olaraq 10 gün və 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu barəsndə tətbiq edilən məcburi icra tədbirlərinə baxmayaraq hal-hazırki tarixədək icra sənədi üzrə tələbin tam olaraq icrasını təmin etməmişdir. Bu səbəbdən də onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında borclu X5 izahat verərək barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Tələbkar izahat verərək təqdimatın yəmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş İmişli rayon icra və probasiya şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə İmişli rayon icra və probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olur ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 673/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Borclu hər ay hər bir uşaq üçün 120 manat, iki uşağa görə ayda cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilməlidir. İcra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borcluya göndərilmişdir. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, borcluya tələbin dərhal icrası üçün məlumat verilmişdir. İşdə olan İmişli Rayon Məhkəməsinin 3(036)-347/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan çıxarışdan və 3(036)-1279/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Borclu barəsində müvafiq olaraq 10 gün və 15 gün müddətində inzibati həbs tətbiq edilmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu icra sənədinin könüllü icrası ilə bağlı bildirişi almış, ona icra sənədini dərhal icra etməsi izah olunmuş, habelə icraata başlamaq haqqında qərarla tanış edilmişdir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. İş materialları ilə müəyyən olur k, məhkəmə qərarı əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Məhkəmə hesab edir ki, təqdimat qanuni və əsaslı olduğu üçün təmin edilib, Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-673/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-673/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu- xx.xx.1997-ci ildə İmişli rayonu, Muradxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasınin vətəndaşı, orta təhsilli, subay, İmişli rayonu, Muradxanlı kəndində qeydiyyatda olmaqla yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardaddan İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar