Məhkəmə qərarları › İş №8(036)-47/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-47/2024

16.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-47/2024 16.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, X2 iştirakı ilə, X1 əmlak üzərinə qoyulmuş həbsin götürülməsi haqqında ərizəsinə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)-2329/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə yaranmış öhdəliklərin icra edilməsinə dair "xxxx" ASC ilə bağlanılmış xx.xx.2024-cü il tarixli razılaşmanı nəzərə alaraq, İmişli Rayon Məhkəməsi tərəfindən 8(036)-147/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş "Range Rover" markalı ** AA *** dövlət qeydiyyat nişanlı, İmişli Rayon Məhkəməsinin 8(036)-201/2023 saylı, xx.xx.2023 tarixli qərardadına əsasən "Hyundai Elentra" markalı, ** EC *** dövlət qeydiyyat nişanlı, "VAZ 21074” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə avtomobillərin özgəninkiləşdirilməməsi şərti ilə üzərinə qoyulmuş həbsin ləğv edilməsinə və faktiki sahiblərinin istifadəsinə verilməsinə və "xxxx" ASC ilə bağlanılmış xx.xx.2024-cü il tarixli,İP-02/24-409 nömrəli razılaşmaya əsasən İmişli Rayon Məhkəməsi tərəfindən 8(036)- 147/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə "X19" yük markalı ** OG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş məhdudiyyətin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 2329/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə "X20" MMC-yə məxsus "Range Rover” markalı ** AA *** dövlət qeydiyyat nişanlı, "Hyundai Elentra" markalı, ** EC *** dövlət qeydiyyat nişanlı, "VAZ 21074 markalı, ** HR *** dövlət qeydiyyat nişanlı və "X19" yük markalı ** OG *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə İmişli Rayon Məhkəməsi tərəfindən 8(036)-147/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2329/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə yaranmış öhdəliklərin icra edilməsinə dair "xxxx" ASC ilə bağlanılmış xx.xx.2024-cü il tarixli razılaşmaya əsasən İmişli Rayon Məhkəməsi tərəfindən 8(036)- 147/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş "Range Rover " markalı ** AA *** dövlət qeydiyyat nişanlı, İmişli Rayon Məhkəməsinin 8(036)- 201/2023 saylı, xx.xx.2023 tarixli qərardadına əsasən "Hyundai Elentra" markal, ** EC *** dövlət qeydiyyat nişanlı, "VAZ 21074 markalı, ** HR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə məhdudiyyət qoyulmuşdur. Həmin avtomobillərin üzərinə qoyulmuş həbs qalmaq şərti ilə X3 ilə qalan 62227,14 AZN əsas borc, 3452.37 AZN faiz borcu, 180 AZN cərimə olmaqla, ümumilikdə 65859.51 AZN və ödənilmiş dövlət rüsumunun əvəzi 61 AZN, 400 AZN mediasiya xərci borcdan ilkin olaraq 5000 AZN ödənilməklə, qalan 60859.51 AZN, ödənilmiş dövlət rüsumunun əvəzi 61 AZN, 400 AZN mediasiya xərci borcun 36 ay müddətinə 35 ay hər ay 1690 AZN, 36-cı ay isə 1709.51 AZN və ödənilmiş dövlət rüsumunun əvəzi 61 AZN, 400 AZN mediasiya xərci olmaqla razılıq müqaviləsi bağlanılmışdır. Razılaşmaya əsasən tərəfindən 5000 AZN ilkin ödəniş edilmişdir. Bundan əlavə, “X19” yük markalı ** OG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə İmişli Rayon Məhkəməsi tərəfindən 8(036)-147/2023 saylı,xx.xx.2023-cü il tarixli qərardadı ilə qoyulmuş həbsin götürülməsi üçün tərəfindən xx.xx.2024-cü il tarixdə 12000 AZN ödənilmiş və Tələbkar ASC ilə bağlanmış xx.xx.2024-cü il tarixli, İP-02/24-409 nömrəli razılaşmaya əsasən İmişli Rayon Məhkəməsi tərəfindən 8(036)-147/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə “X19” yük markalı ** OG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş məhdudiyyətin ləğv edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X12 ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Tələbkar ASC məhkəməyə ərizə ünvanlayaraq borclu ilə qətnamənin hissə-hissə icra edilməsi barədə razılaşma əldə olunduğunu, lakin üzərinə həbs qoyulmuş avtonəqliyat vasitəsinin qətnamə üzrə borc tam icra olunana kimi özgəninkiləşməsinin qarşısını almaq üçün, həbsin götürüləcəyi halda onun üzərində özgəninkiləşməyə dair qadağanın saxlanılmasını xahiş edmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olur ki, Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)- 2329/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh “X20” MMC-dən xx.xx.2021-ci il tarixli, RB/KF-006 saylı kredit müqaviləsinə əsasən 74.227.64 manat əsas borc, 3.452.37 manat faiz borcu, 180 manat cərimə borcu olmaqla, ümumilikdə 77.860.01 manat məbləğində pul tutularaq iddiaçı Tələbkar ASC-yə ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 2329/2022 saylı, xx.xx.2022-ci il tarixli əlavə qətnaməsi ilə X3, X13 və X6 müştərək qaydada xx.xx.2021-ci il tarixli, RB/KF- 006 saylı kredit müqaviləsinə əsasən 74.227.64 manat əsas borc, 3.452.37 manat faiz borcu, 180 manat cərimə borcu olmaqla, ümumilikdə 77.860.01 manat məbləğində pul tutularaq iddiaçı Tələbkar ASC-yə ödənilməlidir. İmişli Rayon Məhkəməsinin 8(036)-147/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2329/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar X3na məxsus "X19" yük markalı ** OG *** dövlət qeydiyyat nişanlı avtomobilin və borclu “X20” MMC-yə məxsus "Range Rover" markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İmişli Rayon Məhkəməsinin 8(036)-201/2023 saylı,xx.xx.2023 tarixli qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2329/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu X9 məxsus "Hyundai Elentra" markalı, ** EC *** dövlət qeydiyyat nişanlı və borclu X10 məxsus "VAZ 21074” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur. İş materiallarına əlavə edilmiş “X20” MMC-nin kredit müqaviləsi üzrə zamin X12 və Tələbkar ASC-nin PKD-nin Yığım Şöbəsinin rəisi X5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli aktla müəyyən olur ki, X8 məxsus "X19" yük markalı ** OG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbslə əlaqədar olaraq icra sənədi üzrə borclu tərəfindən 12000 AZN ödəniş edildiyi üçün, müvafiq komitə qərarına əsasən avtomobilin X8 qaytarılmasına qərar verilmiş və avtomobil heç bir narazılıq, problem olmadan bocluya təhvil verilir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2329/2022 saylı xx.xx.2022-cı il tarixli qətnaməsi üzrə öhdəliklərin icra edilməsinə dair Tələbkar ASC və X3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli razılaşmaya əsasən, borclunun Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2329/2022 saylı xx.xx.2022-cı il tarixli qətnaməsi üzrə qalıq borc məbləği aşağıda qeyd edilən rüsumlar daxil olmaqla, cəmi 66320.51 AZN (bundan sonra “Razılaşma üzrə Qalıq Məbləğ”) təşkil edir və ödənişlər Borclu tərəfindən Tələbkara aşağıdakı qaydada ödənilir. İmişli Rayon Məhkəməsinin 8(036)-147/2023 saylı, xx.xx.2023 tarxli qərardadına əsasən “X20” MMC-nin təsisçilərinə məxsus “Range Rover” markalı, **- AA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elentra” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsitələrinin üzərinə qoyulan həbsin qalması şərti ilə həmtəsisçi X3 ilə qətnaməyə əsasən qalan 62227.14 AZN əsas borc, 3452.37 AZN faiz borcu, 180 AZN cərimə borcu olmaqla, ümumilikdə 65859.51 AZN məbləğində borc, ödənilmiş dövlət rüsumunun əvəzi 61 AZN, 400 AZN mediasiya xərci borcdan ilkin olaraq 5000 AZN ödənilməklə, qalan 60859.51 AZN, ödənilmiş dövlət rüsumunun əvəzi 61 AZN, 400 AZN mediasiya xərci borcun 36 ay müddətinə, 35 ay hər ay 1690 AZN, 36-cı ay isə 1709.51 AZN və ödənilmiş dövlət rüsumunun əvəzi 61 AZN, 400 AZN mediasiya xərci olmaqla razılıq müqaviləsi bağlanılmışdır.Razılaşma 5000 AZN ilkin ödəniş edildikdən sonra qüvvəyə minir. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 20.1. 5. İcra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Maddə 20.2. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Maddə 20.3. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Maddə 20.8. İcra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. İş materialları ilə müəyyən olur ki, üzərinə həbs qoyulmuş "Range Rover " markalı ** AA *** dövlət qeydiyyat nişanlı, "Hyundai Elentra" markalı, ** EC *** dövlət qeydiyyat nişanlı, "VAZ 21074” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı, "X19" yük markalı ** OG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbsin saxlanması halı aradan qalxmışdır. Məhkəmə qeyd olunan hüquq normalarına istinad edib, işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, X2 ərizəsi qismən təmin olunmalı, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2329/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası üzrə İmişli Rayon Məhkəməsinin 8(036)-147/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə borclu “X20” MMC-yə məxsus "Range Rover" markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin, İmişli Rayon Məhkəməsinin 8(036)-201/2023 saylı,xx.xx.2023 tarixli qərardadı ilə borclu X9 məxsus "Hyundai Elentra" markalı, ** EC *** dövlət qeydiyyat nişanlı və borclu X10 məxsus "VAZ 21074” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin özgəniklədirilməsi qadağan edilməklə, üzərinə qoyulmuş həbs ləğv edilərək faktiki mülkiyyətçilərin istifadəsinə verilməli, İmişli Rayon Məhkəməsinin 8(036)-147/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2329/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası üzrə X3na məxsus "X19" yük markalı ** OG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilərək mülkiyyətçinin istifadəsinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2329/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası üzrə İmişli Rayon Məhkəməsinin 8(036)-147/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə borclu “X20” MMC-yə məxsus "Range Rover" markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin, İmişli Rayon Məhkəməsinin 8(036)-201/2023 saylı,xx.xx.2023 tarixli qərardadı ilə borclu X9 məxsus "Hyundai Elentra" markalı, ** EC *** dövlət qeydiyyat nişanlı və borclu X10 məxsus "VAZ 21074” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin özgəniklədirilməsi qadağan edilməklə, üzərinə qoyulmuş həbs ləğv edilsin və faktiki mülkiyyətçilərin istifadəsinə verilsin. İmişli Rayon Məhkəməsinin 8(036)-147/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2329/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası üzrə X3na məxsus "X19" yük markalı ** OG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilsin və mülkiyyətçinin istifadəsinə verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar