Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-48/2024 27.05.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, İmişli Rayon Məhkəməsinin 8(036)-48/2024 saylı iş üzrə İmişli Rayon İcra X3 İmişli Rayon Məhkəməsinin 8(036)-211/2018 saylı 17 sentyabr 2018-ci il tarixli qərardadı ilə Borclu məxsus «VAZ 21070» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İmişli Rayon İcra X4 təqdimat ilə məhkəməyə müraciət edərək, Borclu məxsus «VAZ 21070» markalı, **-BG-*** dövlət nömrə nişanlı minik avtomobilinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatda göstərilmişdir ki, İmişli rayon Məhkəməsinin 2(036)-8302/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclular X1 və Borclu müştərək qaydada cəmi 2072.24 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "FİNCA Azerbaijan" MMQBKTnın xeyrinə ödənilməlidir. Göstərilən icra sənədi xx.xx.2017-ci il tarixdə icraatıma daxil olmuş, həmin vaxt icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü ödənilməsi üçün bildirişlə birlikdə borcluya və məlumat üçün tələbkara göndərilmişdir. Borclular İmişli rayon icra X4nə dəvət edilsə də çağırışa gəlməmişlər və borc məbləğindən də ödəniş edilməmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına çıxarışa əsasən müəyyən olunmuşdur ki, Borclu adına “VAZ21070” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil müəyyən edilmişdir. Eyni zamanda “icra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən isə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Odur ki, təqdimatımız əsasında tələb İmişli rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(036)211/2018 saylı qərardadı ilə həmin avtomobilə yönəldilmiş və üzərinə həbs qoyulmuşdur. Tələbkar "FİNCA Azerbaijan" MMQBKT İmişli rayon İcra X4nə ərizə ilə müraciət edərək “icra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq Borclu məxsus olan “VAZ21070” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, İmişli rayon İcra şöbəsinin nümayəndəsi, tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.Bu səbəbdən məhkəmə, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş İmişli Rayon Məhkəməsinin 8(036)-211/2018 saylı 17 sentyabr 2018-ci il tarixli qərardadından görünür ki, iddiaçının iddianın təmin etmək haqqında ərizəsinə əsasən Borclu məxsus «VAZ 21070» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarına əlavə edilmiş İmişli Rayon Məhkəməsinin 2(036)-8302/2016 saylı 08 noyabr 2016-cı il tarixli əmrindən görünür ki, ərizə təmin edilmiş, borclular, X1 və Borclu Tələbkar MMQBKT xeyrinə 1609.00 manat məbləğində əsas borc, 441.94 manat məbləğində faiz borcu, 21.30 manat məbləğində cərimə borcu, və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş 113917/2017-37 nömrəli icra işinin surətində olan Tələbkar MMQBKT tərəfindən İmişli rayon İcra X4nə göndərilmiş xx.xx.2023-cü il tarixli 2023/999/5493 nömrəli ərizədən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(036)-8302/2016 saylı icra sənədi üzrə borclular X2 və Borclu tərəfindən Tələbkar MMQBKT-na olan borc tam ödənilmişdir. İş materiallarına əlavə edilmiş 113917/2017-37 nömrəli icra işinin surətində olan Tələbkar MMQBKT tərəfindən İmişli rayon İcra X4nə göndərilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(036)-8302/2016 saylı icra sənədi üzrə borclular X2 və Borclu tərəfindən Tələbkar MMQBKT-na olan borc tam ödənilmişdir. Hazırda İmişli rayon İcra X4 təqdimat ilə məhkəməyə müraciət edərək, həmin iş üzrə cavabdeh Borclu ilə Bank arasında borcun ödənilməsi ilə bağlı razılıq əldə olunduğundan Borclu məxsus «VAZ 21070» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində məcburi icra tədbirləri sadalanmış və borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi bu tədbirlərdən biri kimi göstərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, həbsin qoyulmasına əsas olmuş hal aradan qalxdığından, İmişli Rayon Məhkəməsinin 8(036)-211/2018 saylı 17 sentyabr 2018-ci il tarixli qərardadı ilə Borclu məxsus «VAZ 21070» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İmişli Rayon Məhkəməsinin 8(036)-211/2018 saylı 17 sentyabr 2018-ci il tarixli qərardadı ilə Borclu məxsus «VAZ 21070» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası İmişli rayon İcra X4nə, habelə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-yə həvalə olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №8(036)-48/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-48/2024
27.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver