Məhkəmə qərarları › İş №8(036)-55/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-55/2024

12.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-55/2024 12.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, Borclu İmişli rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə icra məmurunun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru , İ dərəcəli ədliyyə qulluqçusu Ramil Ağasıyev təqdimatla məhkəməyə müraciət edərək, İmişli regional «Asan xidmət» mərkəzinin 8İ-9981 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu İmişli rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İmişli regional «Asan xidmət» mərkəzinin 8İ- 9981 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Tələbkar xeyrinə Borclu müddət üçün vaxtında ödənilməmiş 9000 manat tutulmalıdır. İcra sənədi icra məmurunun icraatına daxil olduqdan sonra xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədi üzrə tələbin könüllü icası üçün qərar müvafiq qaydada borclunun ünvanına eyni tarixli bildiriş göndərilmişdir. xx.xx.2023-cü il tarixdə borcluya barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunacağı barədə xəbərdarlıq məktubu göndərilmişdir. 16 may 2024-cü il tarixdə icra məmurunun borclunun məcburi gətirilməsi barədə qərarı qəbul edilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinib 15 gün müddətə inzibati qaydada həbs edilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı çağırışlara və xəbərdarlıqlara baxmayaraq borc məbləğini ödəməmiş, icra və probasiya şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olur ki, İmişli regional «Asan xidmət» mərkəzinin 8İ-9981 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Tələbkar xeyrinə Borclu müddət üçün vaxtında ödənilməmiş 9000 manat tutulmalıdır. İcra sənədi icra məmurunun icraatına daxil olduqdan sonra xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədi üzrə tələbin könüllü icası üçün qərar müvafiq qaydada borclunun ünvanına eyni tarixli bildiriş göndərilmişdir. xx.xx.2023-cü il tarixdə borcluya barəsində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə inzibati protokol tərtib olunacağı barədə xəbərdarlıq məktubu göndərilmişdir. 16 may 2024-cü il tarixdə icra məmuru tərəfindən borclunun məcburi gətirilməsi barədə qərarı qəbul edilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinib 15 gün müddətə inzibati qaydada həbs edilmişdir. İşin halları ilə müəyyən edilir ki, icra məmuru tərəfindən qanunla nəzərdə tutulmuş qaydada icra sənədi üzrə icraata başlanılaraq borcluya tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmiş, lakin borclu tərəfindən tələb könüllü qaydada təmin olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar borclu icra şöbəsinə dəvət olunmasına baxmayaraq, icra məmurunun çağırışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı bir məlumat verməmiş, bununla da icra məmurunun çağırışlarından yayınmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Ona görə də təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 267- 268-ci maddələrinə rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. İmişli rayonu, Məmmədli kəndində yaşayan borclu Əliyev X1 rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası İmişli Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar