Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-56/2024 10.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, X1, Nümayəndəsi və X4nun, İmişli Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X30 iştirakları ilə, İmişli Rayon Məhkəməsinin 2(036)-116/2024-018 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən üzrə qəbul edilmiş “borclunun məcburi gətirilməsi haqqında” qərarının ləğv olunmasına dair X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Borclu X6 Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X16, borclunun məcburi gətirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından şikayət verərək, qərarın qanunsuz hesab edilməklə ləğv edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İmişli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X16 xx.xx.2024-cü il tarixli qərarı ilə onun İmişli rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməyinə qərar verilmişdir. Həmin qərar tamamilə əsassızdır. Belə ki, qərarda göstərilir ki, guya o, İmişli rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(036)-116/2024 saylı qətnaməsi ilə onun X9 qarşı iddia ərizəsinə əsasən ona xx.xx.2012-ci il təvəllüdlü qızı Fatimə və xx.xx.2014-cü il təvəllüdlü oğlu Yusiflə hər həftənin şənbə günü, uşaqların və valideynlərin doğum günlərində, Yeni il bayramı, 8 mart, 9 may qələbə günü və 28 may müstəqillik günü, 15 iyun Qurtuluş günü, 26 iyun silahlı qüvvələr günü, Zəfər bayramı və Dünya azərbaycanlılarının həmrəylik günü saat 10:00dan 17:00-dək, Novruz bayramı, Ramazan bayramı və Qurban bayramının 2-ci günllərində saat 10:00-dan 17:00-dək, məktəblilərin yay tətili günlərində tərəflərin razılığı ilə 10 gün müddətində onun yanında qalmaqla ünsiyyət hüququnun tanınması barədə tələbi yerinə yetirməmiş, icra şöbəsinə getməkdən boyun qaçırmışdır. İcra məmurunun qeydləri cəfəngiyyat olmaqla faktiki vəziyyəti əks etdirmir. Çünki o, bu iş üzrə tələbkardı və icra məmuru onun hüququnu bərpa etməkdənsə, onu borclu çıxarır. Başqa qətnamə ilə uşaqlarına aliment ödəməli və bunu da edir. O, onun qətnaməni icra etməməsindən yuxarı instansiyalara və məhkəməyə də şikayətlər edilmişdir. İmişli rayon icra şöbəsinin icra məmuru Ramil Paşayev qətnaməni icra etmir, deyir ki, şənbə və bayram günlərində onun iş saatı deyil, get cavabdehin qapısına, uşaqlarla özün görüş. Həm də deyir maşınına yanacağı kim alacaq? Atası X3 20 manat pul vermiş, o isə pulu atasının üstünə atmış, demişdir bu nə edir. xx.xx.2024-cü il tarixdə şənbə, xx.xx.2024-cü il tarixdə şənbə, xx.xx.2024-cü il tarixdə şənbə və xx.xx.2024-cü il tarixdə şənbə - 4 həftə uşaqları ilə görüşə bilməmiş, icra məmuru Ramil Paşayev dörd həftəlik görüş olmadığına aydınlıq vermək əvəzinə ona deyir ki, çıx otaqdan, çıxmasan polis çağırıb onu içəri atdıracaq. Azərbaycan qanunlarını Ramil Paşayev tanımaq istəməmiş və yerinə yetirmək istəmir. Onun qətnaməni icra etməməsindən məhkəməyə şikayət etmiş, lakin məhkəmə tərəfindən ərizəsi geri qaytarılmışdır. O, onun rəisi Samir Osmanova da müraciət etmiş, icra məmuruna etirazı olduğunu bildirib, dəyişdirilməsini xahiş etmişdir. Samir Osmanovun 25 aprel 2024-cü il tarixli ilə icra məmuruna edilən etirazın təmin edilməməsi haqqında qərar qəbul etmişdir. Qərarda göstərilir ki, etiraz üçün əsas yoxdur. O da öz işçisini müdafiə etmiş və beləliklə, qətnamə icra olunmamış qalır. Məhkəməyə də şikayət verilmişdir. xx.xx.2024-cü il tarixdə saat 14:00-da qızı Fatimə ana evindən qaçaraq yaşadığı ata evin gəlmiş və demişdir ki, ora qayıtmayacaq, özünü öldürəcəyini bildirmişdir. O, dərhal Samir Osmanova xəbər vermişdir. Samir Osmanov saat 14:50 radələrində işçiləri Ramil Paşayev, Umudlu Hikmət və Fərid adlı şəxslərlə öz xidməti maşınları ilə gəldilər. Əks tərəf gəlin, anası və atası da gəlib onun yaşadığı evə hücum etmişlər. O, isə 102 xidmətinə zəng etmişdir. İcraçılar otaqda qızını onun anasının iştirakı ilə danışdırdılar. Onları içəri buraxmamışlar. Bircə uşağın qışqıraraq atasının yanından heç yerə getmək istəmədiyini, özünün qaçıb gəldiyini dediyini eşitmişlər. Paşayev Ramil isə Fatimə olan otağa daxil olmadı. Stol arxasında yazırmış ki, atası Fatiməni maşınla qaçırıb. xx.xx.2024-cü il tarixdə Samir Osmanov onun atasını ədliyyə idarəsinə çağırıb demişdir ki, onu aparıb məhkəmə də cərimə etdirəcəkdir. xx.xx.2024-cü ildə qərar qəbul etmişlər ki, Musanı rnəcburi gətizdirsinlər. Nəyə görə olduğunu bilmir. Burda onun heç bir günahı yoxdur. olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X20 şikayəti müdafiə edərək bildirmişdir ki, dəmiryolunda işləyir. 4 həftədir uşaqları ilə görüşmür. Barəsində məcburi gətirilmə haqqında qərardan narazıdır. Məhkəmə tərəfindən müəyyən edilmiş alimenti hər ay vaxtıvaxtında ödəyir. Şikayətin təmin edilməsini və xx.xx.2024-cü il tarixli qərarın əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir. O, həmçinin, Fatimə adlı qızının hazırda bir neçə müddətdir ki, onun yanında qaldığını, anasının yanına getmək istəmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi X11 şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini və xx.xx.2024-cü il tarixli qərarın əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda Fatimə adlı qızının hazırda bir neçə müddətdir ki, onun yanında qaldığını, anasının yanına getmək istəmədiyini və bu barədə hazırda məhkəmədə iddia qaldırmağa hazırlaşdıqlarını və buna görə də mediasiyaya müracit etdiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İmişli Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X16 qərarın əsaslı olduğunu, İmişli Rayon Məhkəməsinin 2(036)-116/2024-018 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi icraya yönəldiyini və buna görə də icra icraatının başlanıldığını, icra hərəkətləri davam etmişdir. İcra işi ilə bağlı tələbkar tərəfindən 2 dəfə icra şöbəsinə sənəd daxil olmuşdur ki, uşaqların anası uşaqlara bağlı görüşə mane olmuşdur. Uşaqlardan Yusif görüş istəmiş və Fatimə görüşmək istəməmişdir. Növbəti həftələrdə hər iki uşaqlarla görüşmüşlər. Bir neçə həftə qaydasında getmişdir. Bir müddət sonra yəni xx.xx.2024-cü il tairxdə X20 ilə uşaqları arasında görüş təyin edilmiş, lakin uşaqları saat 5:00-da anasına qaytarmalı olduğu halda, bunu etməmişdir. Uşaqların anası tərəfdən zəng gəlmişdir ki, X20 uşaqları qaytarmır. Onun X2 zeng edilmiş və o, uşaqları verməyəcəyini bildirmişdir. X20 bir neçə gün uşaqları qaytarmamışdır. X2 xəbərdarlıq, barəsində axtarış qərarı qəbul edilmişdir. Sonra məhkəməyə verilmiş və məhkəmənin qərarı ilə 10 gün müdətinə həbs edilmişdir. Polis əməkdaşlarının vasitəsi ilə xx.xx.2024-cü il tarixdə uşaqlar anasına təhvil verilmişdir. Bundan sonra qarşı tərəf uşaqları atasına vermədilər. xx.xx.2024-cü il tarixdə uşaqlarla görüş olub və bu barədə akt tərtib olunub. xx.xx.2024-cü il tarixdə uşaqların babası X11 nəvəsi Fatimə götürülmüşdür. Bundan sonra dəfələrlə məhkəmə qərarının icrasını təmin etmək məqsədilə şikayətçiyə uşağın anasına qaytarılmalı olduğunu telefon vasitəsilə izah etsək də, o buna məhəl qoymamışdır. Hazırda Fatimə adlı uşaq atasının yanındadır. Bu da uşağın qanuni himayəçisi olan anasının haqlı narazıqlarına səbəb olur. İcra sənəsinin icrasının təmin etmək üçün X20 məcburi gətrilməsi barədə qərar qəbul etmək məcburiyyətində qalmışdır. Buna görə şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri, həmçinin icra işini nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. İmişli Rayon Məhkəməsinin 2(036)-116/2024-018 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, X17 xx.xx.2012-ci il təvəllüdlü qızı X18 və xx.xx.2014-cü il təvəllüdlü oğlu X15 hər həftənin şənbə günü, uşaqların və valideynlərin doğum günlərində, Yeni il bayramı, 8 mart, 9 may qələbə günü və 28 may müstəqillik günü, 15 iyun Qurtuluş günü, 26 iyun silahlı qüvvələr günü, Zəfər bayramı və Dünya azərbaycanlılarının Həmrəylik Günü saat 10:00-dan 17:00-dək, Novruz bayramı, Ramazan bayramı və Qurban bayramının 2-ci günlərində saat 10:00-dan 17:00-dək, məktəblilərin yay tətili günlərində tərəflərin razılığı ilə 10 gün müddətində onun yanında qalmaqla ünsiyyət hüququnun tanınmışdır. İş materiallarına əlavə edilmiş X14 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, uşaqlarla ünasiyyət zamanı hər hansı pozuntu olacağı təqdirdə inzibati və cinayət məsuliyyəti yaranacağı barədə aydın şəkildə izah edildiyi bildirmişdir. İş materiallarına əlavə edilmiş icra məmurunun xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, X17 xx.xx.2012-ci il təvəllüdlü X13 anası X10 qaytarılması barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş icra məmurunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X14, xx.xx.2012-ci il təvəllüdlü qızı X18 və xx.xx.2014-cü il təvəllüdlü oğlu X15 borclunun və uşağın axtarılması haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş icra məmurunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, borclunun icra məmuruna etirazı təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş icra məmurunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X14 məcburi gətirilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən, fiziki şəxslər icraatda şəxsən və ya nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Fiziki şəxsin icraatda şəxsən iştirakı onu həmin iş üzrə nümayəndəyə malik olmaq hüququndan məhrum etmir. İcra sənədi ilə borclunun üzərinə onun şəxsən icra etməli olduğu vəzifələr qoyulduqda, borclu həmin vəzifələri öz nümayəndəsi vasitəsilə yerinə yetirə bilməz. Məhkəmə, proses iştirakçılarının izahatını və icra işi materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və İmişli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında qərarı ləğv edilməməlidir. Belə ki, icra sənədindən göründüyü kimi İmişli rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(036)-116/2024 saylı qətnaməsi ilə onun X9 qarşı iddia ərizəsinə əsasən ona xx.xx.2012-ci il təvəllüdlü qızı X18 və xx.xx.2014-cü il təvəllüdlü oğlu X15 hər həftənin şənbə günü, uşaqların və valideynlərin doğum günlərində, Yeni il bayramı, 8 mart, 9 may qələbə günü və 28 may müstəqillik günü, 15 iyun Qurtuluş günü, 26 iyun silahlı qüvvələr günü, Zəfər bayramı və Dünya azərbaycanlılarının həmrəylik günü saat 10:00-dan 17:00dək, Novruz bayramı, Ramazan bayramı və Qurban bayramının 2-ci günlərində saat 10:00-dan 17:00-dək, məktəblilərin yay tətili günlərində tərəflərin razılığı ilə 10 gün müddətində onun yanında qalmaqla ünsiyyət hüququ tanınmışdır. Lakin buna baxmayaraq, X20 qeyd edilən vaxtlarda icra sənədinin icrasının təmin etməyərək, uşaqları X10 qaytarılmasını təmin etməmişdir. Buna görə də, hətta məhkəmə tərəfindən inzibati qaydada 10 gün müddətində həbs edilmişdir. Lakin bundan sonra da, xx.xx.2012-ci il təvəllüdlü qızı X13 anası X10 qaytarılmasını təmin etməməklə, icra sənədinin tələblərini pozmuşdur. İcra məmuru tərəfindən bu barədə xəbərdarlıq edilsə də, xəbərdarlıqlara məhəl qoymamışdır və hazırda X13 onun yanında qaldığını bildirmişdir. Bu hal məhkəmə qərarının icrasına maneçilik törətməklə, X7 hüqularının pozulmasına səbəb olur. Buna görə də, məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş və icraya yönəlmiş məhkəmə qərarının icrasının təmin etmək məqsədilə qəbul edilmiş İmişli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında qərarı qanuni və əsaslıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 İmişli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında qərarından verdiyi şikayəti təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə əsasən) İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №8(036)-56/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-56/2024
10.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver