Məhkəmə qərarları › İş №8(036)-57/2022

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-57/2022

07.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-57/2022 07.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X6 Hacıyevin sədirliyi, Xuraman Emin qızı Əsədlinin katibliyi ilə, Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə İmişli rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İmişli rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri X1 Kommersiya Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2-2(121)-534/2021 saylı icra sənədinin icrasının təmin edilməsi üçün Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. İmişli rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri X3 təqdimatı onunla əsaslandırmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2-2(121)-534/2021 saylı icra sənədinə əsasən Borclu 1004 manat məbləğində borc və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-yə verilməlidir. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilərək borcun ödənilməsi tələb edilmişdir. Borclu dəfələrlə İmişli rayon İcra və Probasiya şöbəsinə çağırılmış, lakin o, icra məmurunun çağırışına gəlməmişdir. Ona görə də Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli və Borclu oğlu İmişli rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə görə icra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Yuxarda göstərilənləri və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Təqdimat təmin edilsin. İmişli rayonunun Xoşçobanlı kəndində qeydiyyatda olan və yaşayan Borclu İmişli rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası İmişli rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində onun ləğvi üçün İmişli rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar