Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-62/2022 07.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X10 Hacıyevin sədirliyi, Xuraman Emin qızı Əsədlinin katibliyi ilə, Borclu X4 barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə İmişli rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri X5 təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İmişli rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri X2 rayon «ASAN xidmət» mərkəzində notariat ofisinin 20 oktyabr 2020-ci il tarixli 6198 saylı icra sənədinin icrasının təmin edilməsi üçün borclu X4 barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. İmişli rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri X8 təqdimatı onunla əsaslandırmışdır ki, İmişli rayon «ASAN xidmət» mərkəzində notariat ofisinin 20 oktyabr 2020-ci il tarixli 6198 saylı icra sənədinə əsasən X3 6047,91 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-yə verilməlidir. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilərək borcun ödənilməsi tələb edilmişdir. Borclu dəfələrlə İmişli rayon İcra və Probasiya şöbəsinə çağırılmış, lakin o, icra məmurunun çağırışına gəlməmişdir. Ona görə də borclu X4 barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli və borclu X11 oğlu İmişli rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə görə icra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Yuxarda göstərilənləri və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Təqdimat təmin edilsin. İmişli rayonunun Sarıxanlı kəndində qeydiyyatda olan və yaşayan X1 rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası İmişli rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində onun ləğvi üçün İmişli rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №8(036)-62/2022
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-62/2022
07.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver