Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-63/2024 12.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, Tələbkar ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair İmişli rayon icra və probasiya şöbəsinin təqdimatına İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İmişli rayon icra və probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elşən Cəfərov təqdimatla məhkəməyə müraciət edərək İmişli Rayon Məhkəməsinin 2(036)-6771/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan «QAZ 2410» minik markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin 2(036)-6771/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Borclu 812.29 ABŞ dolları məbləğində əsas borc, 52.61 ABŞ dolları faiz borcu, 81.23 ABŞ dolları penya borcu, cəmi 946.13 ABŞ dolları məbləğində borcun və 20 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə iclasında Tələbkar ASC-nin nümayəndəsi X2 təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq təqdimat verən və borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə həmin proses iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə tələbkarın nümayəndəsinin izahatını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, İmişli Rayon Məhkəməsinin 2(036)-6771/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Borclu 812.29 ABŞ dolları məbləğində əsas borc, 52.61 ABŞ dolları faiz borcu, 81.23 ABŞ dolları penya borcu, cəmi 946.13 ABŞ dolları məbləğində borcun və 20 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İmişli rayon icra və probasiya şöbəsi tərəfindən icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş və borcluya “Tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. Lakin Borclu tərəfindən icra sənədinin icrası təmin edilməmişdir. İcra tədbirləri nəticəsində müəyyən olmüşdur ki, Borclu mülkiyyətində «QAZ 2410» minik markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmə şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktlarına əsasən hesab edir ki, İmişli Rayon Məhkəməsinin 2(036)-6771/2015 nömrəli,xx.xx.2015-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə İmişli rayon icra və probasiya şöbəsinin borclunun əmlakı üzərinə həbsin qoyulması haqqında təqdimatı qanuni və əsaslı olduğu üçün təmin edilib, Borclu mülkiyyətində olan «QAZ 2410» minik markalı, **- HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan «QAZ 2410» minik markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №8(036)-63/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-63/2024
12.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver