Məhkəmə qərarları › İş №8(036)-64/2023

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-64/2023

11.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-64/2023 11.05.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, Tələbkar, borclu “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi X1, icra məmuru X3 iştirakı ilə, İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X3 “icra sənədi üzrə icraata xitam verilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarından Tələbkar tərəfindən verilmiş şikayətə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tələbkar şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2(036)-3371/2022 saylı icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X3 xx.xx.2023-cü il tarixli qərarınin ləğv edilməsini və icra sənədi üzrə icraatın davam etdirilməsi üçün icra sənədinin icra və probasiya şöbəsinə qaytarılmasını xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, o, sürücü vəzifəsinə bərpa edilmiş və ona əmək haqqı fərqi qismən ödənilmişdir. Bundan sonra İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X5 tərəfindən “icra sənədi üzrə icraata xitam verilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Halbuki, əvvəlki işində ona avtomobil təhkim olunmuş və o, sürücü kimi gündüz və gecə növbəsində işə çıxmış, zəruri hallarda isə rayondan kənara ezam olunmuşdur. Buna görə də ona əlavə əmək haqqı hesablanmışdır. Lakin, xx.xx.2023-cü il tarixdə onun iştirakı olmadan ona təhkim olunmuş avtomobil başqa şəxsə təhkim olunmuşdur. Sürücü kimi işinə bərpa olunduğu vaxtdan hazırkı vaxtadək vəzifəsi formal olaraq sürücü kimi qalmış, özü isə sürücü kimi işləməmiş, əksinə gözətçi kimi işlərə cəlb edilmişdir. Ona görə də hesab edir ki, İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X3 “icra sənədi üzrə icraata xitam verilməsi” haqqında xx.xx.2023cü il tarixli qərarı ləğv edilməlidir. Məhkəmə iclasında Tələbkar ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında borclu “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi X1 izahatında göstərdi ki, “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 09 fevral 2023-cü il tarixli əmri ilə Tələbkar əvvəlki işinə bərpa olunmuş və əvvəlki vəzifəsi ilə qanunsuz keçirildiyi vəzifəsi arasındakı əmək haqqı fərqi ona tam şəkildə ödənilmişdir. Belə ki, “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən sürücülərin növbətçilik cədvəlləri tərtib olunmuş və cədvəl əsasında onlara, o cümlədən Tələbkar ay ərzində 5-6 dəfə şəhərdaxili yol vərəqəsi verilir. Tələbkar sonuncu dəfə 13 aprel 2023-cü il tarixdə şəhərdaxili yol vərəqəsi verilmişdir. Tələbkar əmək müqaviləsində ona hər hansı nəqliyyat vasitəsinin təhkim olunması nəzərdə tutulmamışdır. Sürücülərə nəqliyyat vasitəsinin təhkim olunması xəstəxana rəhbərliyinin səlahiyyətləri daxilindədir. Xəstəxana rəhbərliyi xəstəxananın balansında olan hər hansı bir nəqliyyat vasitəsini istənilən sürücüyə təhkim edə və ondan ala bilər. Əmək haqqı fərqinə gəldikdə isə Tələbkar məzuniyyətdə olduğu dövrlərin pulunu əvvəlcədən aldığından, əmək haqqı fərqi ödənilərkən ona məzuniyyətdə olduğu dövrlərin əmək haqqı ödənilməmişdir. Bu barədə müvafiq sənədlər İmişli rayon icra və probasiya şöbəsinə təqdim edilmiş və bundan sonra İmişli rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Qeyd olunanlara əsasən İmişli rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarını qanuni və əsaslı hesab edir. Məhkəmə iclasında İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X5 izahatında göstərmişdir ki, “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Azər Kazımovun 09 fevral 2023-cü il tarixli əmri ilə Tələbkar əvvəlki işinə bərpa olunmuş və əvvəlki vəzifəsi ilə hazırkı vəzifəsi arasındakı əmək haqqı fərqi ona tam şəkildə ödənilmişdir. Ona görə də o, İmişli Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2(036)-3371/2022 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etmişdir. Hesab edir ki, qəbul etdiyi qərar qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, İmişli Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2(036)-3371/2022 saylı qətnaməsi ilə “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 30 avqust 2022-ci il tarixli, 640-a nömrəli əmri ləğv edilib, Tələbkar əvvəlki işinə, yəni “İmişli Rayon Mərkəzi Xəstəxanası”nın TTTY şöbəsinin sürücüsü vəzifəsinə bərpa olunması və bərpa olunduğu günədək ona əvvəlki vəzifəsi ilə qanunsuz keçirildiyi vəzifəsi arasındakı əmək haqqı fərqinin ödənilməsi qət edilmişdir. Həmin qətnamə əsasında xx.xx.2023-cü il tarixdə müvafiq icra vərəqsi verilmişdir. İmişli rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanmışdır. “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Azər Kazımovun 09 fevral 2023-cü il tarixli əmri ilə Tələbkar əvvəlki vəzifəsinə bərpa olunmuşdur. İmişli rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. İşin faktiki halları ilə müəyyən olur ki, Əmirov X2 Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 09 fevral 2023-cü il tarixli əmri ilə əvvəlki vəzifəsinə rəsmi qaydada bərpa olunması rəsmiləşdirilsə də, real olaraq öz əvvəlki iş yerinə bərpa olunmamış, faktiki həmin vəzifəni icra etmir və ona təhkim olunmuş nəqliyyat vasitəsi ondan alınaraq başqa sürücüyə təhkim olunmuş, ona əvvəlki vəzifəsi ilə qanunsuz keçirildiyi vəzifəsi arasındakı əmək haqqı fərqinin ödənilməsi halı ziddiyyətli olmaqla, həmin hal mütəxəssis və ekspert rəyi ilə aydınlaşdırılaraq qiymət verilməmiş, tələbkarın irəli sürdüyü dəlillər hərtərəfli, tam və obyektiv araşdırılmamış və yoxlanılmamış qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 15.1-15.3-cü maddələrinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər. Həmin Qanunun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. İş materialları ilə müəyyən olur ki, icra məmuru qəbul etdiyi qərarı əsaslandırmamış, qərarda Tələbkar əvvəlki vəzifəsinə bərpa olunduğunu və əvvəlki vəzifəsi ilə qanunsuz keçirildiyi vəzifəsi arasındakı əmək haqqı fərqinin ödənildiyini qeyd etməklə kifayətlənmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İmişli rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı əsassız olduğundan ləğv edilməli və icra sənədi üzrə icraat davam etdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 267- 268-ci maddələrinə rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X3 “icra sənədi üzrə icraata xitam verilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İmişli Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2(036)-3371/2022 saylı icra sənədi üzrə icraat davam etdirilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət vermək olar. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar