Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-64/2024 09.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, Tələbkar "xxxx" ASC-nin nümayəndəsi X1, Borclu iştirakı ilə, İmişli rayon məhkəməsinin e-2(036)-1465/2022-005 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu məxsus «VAZ 21074” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı və “FİAT Doblo 1.4 Maxi” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması barədə İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramil Ağasiyev təqdimatla məhkəməyə müraciət edərək, İmişli rayon məhkəməsinin e-2(036)-1465/2022-005 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus olan «VAZ 21074” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı və “FİAT Doblo 1.4 Maxi” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin e-2(036)- 1465/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 844,1 manat əsas borc, 7,26 manat faiz borcu və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan «VAZ 21074” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı və “FİAT Doblo 1.4 Maxi” minik markalı, **-BX- *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə qərarının real icrasını təmin etmək məqsədi ilə iş üzrə Borclu məxsus “VAZ 21074” minik markalı, “**-BE-***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq, qeyd olunan nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması məsələsinə baxılmasını xahiş edir. Məhkəmə iclasında Tələbkar "xxxx" ASC-nin nümayəndəsi X2 izahat verərək cavabdeh Borclu qarşı İmişli Rayon İcra və Probasiya Şöbəsi tərəfindən irəli sürülmüş təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasında izahat verərək bildirdi ki, İmişli rayon məhkəməsinin e- 2(036)-1465/2022-005 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini devalvasiya səbəbindən icra edə bilməmişdir. Hazırda həmin icra sənədi üzrə tələbkarın xeyrinə hər ay 50 manat ödəmək iqtidarındadır. Mülkiyyətində olan “VAZ 21074” minik markalı, “**-BE-***” dövlət qeydiyyat nişanlı avtomobili xeyli müddətdir ki, mülki etibarnamə əsasında başqa bir şəxsə satmışdır. Lakin, “FİAT Doblo 1.4 Maxi” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda onun istifadəsindədir və həmin avtomobilin üzərinə həbs qoyulmasına etiraz etmir. Eyni zamanda 2 ildən artıq müddət ərzində borcundan heç bir ödəniş etməmişdir. Təqdimata baxılmasının yeri və vaxtı barədə təqdimatı vermiş icra məmuruna məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə təqdimata icra sənədi üzrə borclunun və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, İmişli rayon məhkəməsinin e-2(036)-1465/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 844,1 manat əsas borc, 7,26 manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli rayon məhkəməsinin e-2(036)-1465/2022-005 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, İmişli rayon məhkəməsinin e-2(036)-1465/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi barədə bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə informasiya sistemi”ndən çıxarışdan görünür ki, “VAZ 21074” minik markalı, “**-BE-***” dövlət qeydiyyat nişanlı avtomobil Borclu adına qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə informasiya sistemi”ndən çıxarışdan görünür ki, “VAZ 21074” minik markalı, “**-BE-***” dövlət qeydiyyat nişanlı avtomobil barəsində mülki hüquqların həyata keçirilməsi Borclu tərəfindən digər şəxsə xx.xx.2025-cü il tarixə qədər etibarnamə əsasında etibar edilmişdir. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə informasiya sistemi”ndən çıxarışdan görünür ki, “FİAT Doblo 1.4 Maxi” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu adına qeydiyyatdadır. Təqdimatdan və təqdimata əlavə edilmiş materiallardan görünür ki, İmişli rayon məhkəməsinin e-2(036)-1465/2022-005 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələb halhazıradək borclu tərəfindən yerinə yetirilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında borclu tərəfindən ödənilməli olan məbləğ ödənilmədiyindən və icra sənədi icrasız qaldığından borclunun əmlakı üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində məcburi icra tədbirləri sadalanmış və borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi bu tədbirlərdən biri kimi göstərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə hesab edir ki, Borclu mülkiyyətində olan “FİAT Doblo 1.4 Maxi” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması İmişli rayon məhkəməsinin e-2(036)-1465/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının tam təmin edilməsinə kifayət edir. Həmçinin, məhkəmə araşdırması zamanı “VAZ 21074” minik markalı, “**-BE-***” dövlət qeydiyyat nişanlı avtomobil barəsində mülki hüquqların həyata keçirilməsinin Borclu tərəfindən digər şəxsə xx.xx.2025-cü il tarixə qədər etibarnamə əsasında etibar edilməsi müyyən edilmişdir. Eyni zamanda borclunun izahatında əsasən etibarnamə ilə digər şəxsə satıldığını, buna görə də onun sahibliyində olmadığı müəyyən edilmişdir. Belə olan halda, həmin əmlak üzərinə həbsin qoyulmasının üçüncü şəxslərin hüquqlarının əsassız olaraq pozulmasına səbən ola biləcəyi üçün məhkəmə VAZ 21074” minik markalı, “**-BE-***” dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmasını məqsədəmüvafiq hesab etmir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, təqdimat qismən təmin edilməli, İmişli rayon məhkəməsinin e-2(036)-1465/2022-005 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu adına qeydiyyatda olan “FİAT Doblo 1.4 Maxi” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. İmişli rayon məhkəməsinin e-2(036)-1465/2022-005 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu adına qeydiyyatda olan “FİAT Doblo 1.4 Maxi” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardadın icrası İmişli rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə həvalə olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №8(036)-64/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-64/2024
09.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver