Məhkəmə qərarları › İş №8(036)-66/2022

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-66/2022

06.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-66/2022 06.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və İmişli rayon İPŞ-nin icra məmuru X3 iştirakı ilə, icra sənədi üzrə icraatda borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında Təqdimata baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İmişli rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli 2(036)416/2021 saylı icra sənədi üzrə Borclu hər ay 450 manat sabit pul məbləğində aliment alınaraq Tələbkar xeyrinə verilməlidir . İmişli rayon İŞ-nin icra məmuru X1 məhkəməyə müraciət edib Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, İmişli rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli 2(036)416/2021 saylı icra sənədi üzrə müvafiq qərar qəbul edilərək tələbin könüllü şəkildə ödənilməsi haqqında bildirişlə birlikdə Borclu daimi qeydiyyatda olduğu poçt ünvanına göndərilmişdir. Borclu həmin sənədləri almasına baxmayaraq icra sənədi üzrə tələbi ödəməmiş və çağırışdan yayınmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Həmin Məcəllənin 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Ona görə də, məhkəmə hesab edir ki, İmişli rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli 2(036)416/2021 saylı icra sənədi üzrə üzrə Borclu ölkədən getmək hüququ tələb ödənilənədək müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin olunsun. İmişli rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli 2(036)416/2021 saylı icra sənədi üzrə borclu Borclu ölkədən getmək hüququ icra sənədi üzrə tələb ödənilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardad dərhal icra edilsin. Qərardaddan 10 (on ) gün müddətində İmişli rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar