Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-67/2022 18.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Qurban Hamid oğlu Hacıyevin sədirliyi, Xuraman Emin qızı Əsədlinin katibliyi ilə, Borclu mülkiyyətində olan avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə İmişli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İmişli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3 təqdimatla məhkəməyə müraciət edərək Borclu mülkiyyətində olan «VAZ- 21074» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin 15 avqust 2016cı il tarixli 2(036)-4370/2016 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə məhkəmənin 19 oktyabr 2018-ci il tarixli, 8(036)-314/2018 saylı qərardadı ilə Borclu mülkiyyətində olan «VAZ-21074» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Qeyd olunan icra sənədi tam icra olunduğu üçün 17 iyul 2021-ci il tarixli qərarla icra işinin icraatına xitam verilmişdir. Ona görə də borclunun əmlakına qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. Təqdimat vermiş şəxs İmişli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3, Tələbkar ASC-nin nümayəndəsi və Borclu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasına gəlməməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 162.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə təqdimatı və iş materiallarını tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan İmişli Rayon Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli, 8(036)-314/2018 saylı qərardadının surətindən görünür ki, İmişli Rayon Məhkəməsinin 15 avqust 2016-cı il tarixli 2(036)-4370/2016 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu mülkiyyətində olan «VAZ-21074» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan İmişli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 17 iyul 2021-ci il tarixli qərarından görünür ki, İmişli Rayon Məhkəməsinin 15 avqust 2016-cı il tarixli 2(036)-4370/2016 saylı icra sənədinin icrası tam təmin edildiyindən icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə görə iddianı təmin etmə tədbirinin ləğv edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.4-cü maddəsinə görə iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Beləliklə, məkəmə belə nəticəyə gəlir ki, təqdimat təmin edilməli, İmişli Rayon Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli, 8(036)-314/2018 saylı qərardadı ləğv edilməli və Borclu mülkiyyətində olan «VAZ-21074» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 162, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. İmişli Rayon Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli, 8(036)-314/2018 saylı qərardadı ləğv edilsin. Borclu mülkiyyətində olan «VAZ-21074» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №8(036)-67/2022
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-67/2022
18.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver