Məhkəmə qərarları › İş №8(036)-67/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-67/2024

08.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-67/2024 08.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlu, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)- 2883/2019 saylı qərardadına əsasən əmlak üzərinə qoyulmuş qadağanın götürülməsi barədə X1 və Borclu tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 və Borclu ərizə verərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)-2883/2019 saylı qərardadı ilə “Kamaz 4310” markalı ** BX *** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı qazma qurğusunun özgəninkiləşdirilməsinə qoyulmuş qadağa və həbsdən azad edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)-2883/2019 saylı qərardadı ilə “Kamaz 4310” markalı ** BX *** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı qazma qurğusunun özgəninkiləşdirilməsinə qadağa qyulmuşdur. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(106)-728/2021 saylı qətnaməsinə əsasən həmin qurğuya dair X2 və Borclu arasında bağlanmış xx.xx.2018-ci il tarixli alıq-satqı müqaviləsi ləğv edilmişdir. “Kamaz 4310” markalı ** BX *** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı qazma qurğusunun ½ pay hissəsinə Tələbkar, ½ hissəsinə Borclu payı müəyyən edilmişdir. Həmin məhkəmə sənədlərində qazma qurğusunun nömrəsində yanlışlıq olaraq 258 rəqəmi 278 kimi yazıldığından, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-728/2021 saylı qətnaməsində “Kamaz 4310” markalı ** BX *** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı qazma qurğusu sözlərinin “Kamaz 4310” markalı ** BX *** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı qazma qurğusu kimi oxunması qərara alınmışdır. Ərizəçilər Tələbkar ilə mübahisəni razılaşıb öz aralarında həll etmişlər. xx.xx.2023-cü il tarixdə Tələbkar İmişli rayon icra və probasiya şöbəsinə müraciət edərək Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-728/2021 saylı icra sənədinin icra edilmədən məhkəməyə qaytarılmasını xahiş etmişdir. İmişli rayon icra və probaisya şöbəsiin xx.xx.2023-cü il tarixli “icra sənədinin icra edilmədən məhkəməyə qaytarılması haqqında” qərarına əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-728/2021 saylı icra sənədi geri qaytarılmışdır. Mübahisənin həll edilməsinə baxmayaraq həmin qazma qurğusunun üzərində sərəncam verə, onu texnki baxışdan keçirə və təyinatı üzrə istifadə edə bilmirlər. Məhkəmənin icra sənədi üzrə tələb tam şəkildə təmin olunduğuna görə həmin qurğu özgəninkiləşdirilməsinə qoyulmuş qadağa və həbsdən azad edilməlidir. Məhkəmə hesab edir ki, X1 və Borclu ərizəsində tələbkarın soyadı, adı, atasının adı, onun qeydiyyatda olduğu ünvan və ya olduğu yer, eləcə də şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar qeyd olunmamış, bundan əlavə ərizəyə əlavə olunmuş sənədlərin siyahısı ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)- 2883/2019 saylı qərardadına əsasən əmlak üzərinə qoyulmuş qadağanın götürülməsi barədə X1 və Borclu tərəfindən verilmiş ərizə geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar