Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-7/2024 15.02.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İmişli Rayon Məhkəməsinin 2(036)-2615/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu İmişli rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə icra məmurunun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru , İİ dərəcəli ədliyyə qulluqçusu X2 təqdimatla məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin 2(036)- 2615/2022 saylı, xx.xx.2022 -ci tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu İmişli rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin 2(036)- 2615/2022 saylı, xx.xx.2022-ci tarixli icra sənədinə əsasən iddiaçı Tələbkar MMC ilə Borclu arasında bağlanmış xx.xx.2019-cu il tarixli AYK5743392 saylı və xx.xx.2019-cu il tarixli , AYK ******* saylı müqavilə üzrə 619 manat əsas borc , 300 manat faiz borcu və 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 949 manat məbləğində pul tutulub iddiaçı Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu çağırışlara gəlməmişdir. Bu səbəbdən icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olur ki, İmişli Rayon Məhkəməsinin 2(036)- 2615/2022 saylı, xx.xx.2022-ci tarixli icra sənədinə əsasən Borclu Tələbkar MMC ilə Borclu arasında bağlanmış xx.xx.2019-cu il tarixli AYK5743392 saylı və xx.xx.2019-cu il tarixli , AYK ******* saylı müqavilə üzrə 619 manat əsas borc , 300 manat faiz borcu və 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 949 manat məbləğində pultutulub iddiaçı Tələbkar MMC-nin xeyrinə ödənilməlidir İcra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borcluya göndərilmişdir. İşdə olan xx.xx.2023-ci il tarixli bildirişin surətindən görünür ki, borclu borcunu ödəməyəcəyi təqdirdə məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Borclu ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, icra sənədi üzrə tələbi könüllü icra etməyəcəyi təqdirdə , icra və probasiya şöbəsinə məcburi gətiriləcəyi barədə borcluya xəbərdarlıq edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İş materialları ilə müəyyən olur ki, icra sənədi uzun müddət icrasız qalmış və borclu barəsində məcburi gətirilmə qərarının borclu tərəfindən qəbul edilməsi barədə heç bir təsdiqedici sənəd əlavə olunmamış, təqdimatın əsaslı olmasını təsdiq edən başqa bir sübut mövcud deyildir. Məhkəmə hesab edir ki, İmişli Rayon Məhkəməsinin 2(036)-2615/2022 saylı, xx.xx.2022-ci tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun İmişli rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə icra məmurunun təqdimatı əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 267- 268-ci maddələrinə rəhbər tutaraq, məhkəmə qərara aldı: İmişli Rayon Məhkəməsinin 2(036)-2615/2022 saylı, xx.xx.2022-ci tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu İmişli rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə icra məmuru X1 təqdimatı təmin edilməsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət vermək olar. X4
Məhkəmə qərarları › İş №8(036)-7/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-7/2024
15.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver