Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-71/2022 18.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X4 Hacıyevin sədirliyi, Xuraman Emin qızı Əsədlinin katibliyi ilə, Borclu əmlakı üzərinə həbs qoyulması barədə İmişli rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İmişli rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3 təqdimatla məhkəməyə müraciət edərək Borclu mülkiyyətində olan «Vaz 2106» minik markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İmişli rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli, 2(036)-90/2019 saylı icra sənədinə əsasən 17.09.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub Tələbkar ödənilməldir. İcra sənədi üzrə tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Lakin borclu icra sənədini könüllü olaraq hazırkı tarixədək icra etməmişdir. Bundan sonra məcburi icra tədbirlərinin tətbiq edilməsi məqsədilə borclunun əmlak vəziyyətinin yoxlanılması üçün müxtəlif orqanlara sorğular verilmişdir. Aparılmış icra tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Borclu mülkiyyətində «Vaz 2106» minik markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. Borclu icra sənədini könüllü olaraq icra etmədiyindən məcburi icra tədbiri kimi onun mülkiyyətində olan nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasına zərurət yaranmışdır. Odur ki, qeyd olunanların nəzərə alınmasını və təqdimatın təmin olunmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 231.2-ci maddəsinə əsasən təqdimata işdə işrirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə olunmuş İmişli rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli, 2(036)-90/2019 saylı icra sənədindən görünür ki, cavabdeh Borclu 17.09.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Tələbkar ödənilməlidir. İşdən görünür ki, İmişli rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3 tərəfindən İmişli rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli, 2(036)-90/2019 saylı icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü icrası barədə Borclu bildiriş göndərilmişdir. Lakin borclu icra sənədinin icrasını təmin etməmişdir. İş materiallarından görünür ki, «Vaz 2106» minik markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib aşağıda qeyd olunan qanunvericilik aktı normalarına əsaslanaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə görə icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Yuxarda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264 və 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan «Vaz 2106» minik markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №8(036)-71/2022
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-71/2022
18.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver