Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-72/2023 17.05.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi X5 sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, X2nun iştirakı ilə, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2217/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra olunması barədə X2nun ərizəsinə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)-2217/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 2217/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə barəsində 53532.72 manat məbləğində borc tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və iş üzrə icra vərəqəsi verilmişdir. İşin icrası İmişli rayon icravə probasiya şöbəsinə həvalə edilmişdir. İşinin yaxşı getməməsi və müflis olması onu çıxılmaz vəziyyətə salmışdır. Tələbkar "xxxx" MMC-nin direktoru ilə borcun hissə-hissə ödənilməsi ilə bağlı danışıqlar aparmasına baxmayaraq, o, borcun tam şəkildə ödənilməsini tələb etməkdədir. O, borcunu tam ödəmək iqtidarında deyildir və məhkəmənin çıxarmış olduğu qətnaməni icra etməkdən boyun qaçırmır. Borcunu hissəhissə ödəmək üçün yeni işə düzəlmişdir. Ailəlidir, xx.xx.2023-cü ildə övladı dünyaya gəlmişdir. Odur ki, məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Məhkəmə iclasında X2 ərizənin təmin olunmasını xahiş etdi. İş üzrə tələbkara və İmişli raYon icra və probasiya şöbəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə ərizəyə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, iş materialları ilə müəyyən olur ki, Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)-2217/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X3 53532.72 manat məbləğində borc tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Hazırda borclu X1 Kommersiya Məhkəməsinin e-2-2(121)-2217/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddə 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Maddə 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Yuxarıda qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi borclunun əmlak vəziyyəti və digər hallar nəzərə alınmaqla işə baxmış məhkəməyə qətnaməni hissə-hissə icra etdirmək səlahiyyəti verilsə də, qətnaməni birdəfəlik icra etmək üçün maddi imkanın olmadığını sübut etmək vəzifəsi borclunun üzərinə düşür. Borclu gəlirinin az olması, adında daşınar və ya daşınmaz əmlak olmaması, digər şəxslər qarşısında öhdəliklərinin olması, himayəsində əmək qabiliyyəti olmayan şəxslərin olması və qətnaməni birdəfəlik icra etməsi üçün maddi imkanının olmadığını təsdiq edən sübutları öz ərizəsinə əlavə etməli idi. Lakin borclu qeyd edilən halları təsdiq edən hər hansı sənədi ərizəsinə əlavə etməmiş və ya məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə əsaslı sayıla və təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2217/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə X2nun ərizəsi təmin edilməsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Telman quliyev
Məhkəmə qərarları › İş №8(036)-72/2023
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-72/2023
17.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver