Məhkəmə qərarları › İş №8(036)-8/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-8/2024

09.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-8/2024 09.02.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, Borclu İmişli rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə icra məmurunun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru , İ dərəcəli ədliyyə qulluqçusu X2 təqdimatla məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin 2(036)- 2000/2018 saylı, xx.xx.2018 -ci tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu İmişli rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin 2(036)- 2000/2018 saylı, xx.xx.2018-ci tarixli icra sənədinə əsasən Borclu 715 manat məbləğində pul vəsaiti və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq “Soliton” LTD-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icra məmurunun icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədi üzrə tələbin könüllü icası üçün qərar müvafiq qaydada borclunun ünvanına göndərilmişdir.Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı çağırışlara və xəbərdarlıqlara baxmayaraq borc məbləğini ödəməmiş , icra və probasiya şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olur ki, İmişli Rayon Məhkəməsinin 2(036)- 2000/2018 saylı, xx.xx.2018-ci tarixli icra sənədinə əsasən Borclu 715 manat məbləğində pul vəsaiti və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq “Soliton” LTD-nin xeyrinə ödənilməlidir İcra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borcluya göndərilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli bildirişin surətindən görünür ki, borclu borcunu ödəməyəcəyi təqdirdə məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İş materialları ilə müəyyən olur ki, borclu barəsində məcburi gətirilmə qərarının borclu tərəfindən qəbul edilməsi barədə heç bir təsdiqedici sənəd əlavə olunmamış, icra sənədi uzun müddət icrasız qalmış və təqdimatın əsaslı olmasını təsdiq edən başqa bir sübut mövcud deyildir. Məhkəmə hesab edir ki, İmişli Rayon Məhkəməsinin 2(036)-2000/2018 saylı, xx.xx.2018-ci tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun İmişli rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə icra məmurunun təqdimatı əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 267- 268-ci maddələrinə rəhbər tutaraq, məhkəmə qərara aldı: İmişli Rayon Məhkəməsinin 2(036)-2000/2018 saylı, xx.xx.2018-ci tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu İmişli rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə icra məmuru X1 təqdimatı təmin edilməsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət vermək olar. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar