Məhkəmə qərarları › İş №8(036)-81/2022

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-81/2022

28.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-81/2022 28.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X3 Hacıyevin sədirliyi, Xuraman Emin qızı Əsədlinin katibliyi ilə, Borclu əmlakı üzərinə həbs qoyulması barədə İmişli rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İmişli rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri X2 təqdimatla məhkəməyə müraciət edərək Borclu mülkiyyətində olan «JAC HFC1083KR1» yük markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı və «PEUGEOT» yük markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan Apelyasiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(106)-131/2021 saylı icra sənədinə əsasən cavabdeh Borclu 20742,26 manat borc və 30 manat dövlət rüsumu tutulub «Maliyyə Resurs Mərkəzi BOKT» QSC-yə verilməlidir. İcra sənəd üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Lakin borclu icra sənədini könüllü olaraq hazırkı tarixədək icra etməmişdir. Bundan sonra məcburi icra tədbirlərinin tətbiq edilməsi məqsədilə borclunun əmlak vəziyyətinin yoxlanılması üçün müxtəlif orqanlara sorğular verilmişdir. Aparılmış icra tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Borclu mülkiyyətində «JAC HFC1083KR1» yük markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı və «PEUGEOT» yük markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobillər vardır. Borclu icra sənədini könüllü olaraq icra etmədiyindən məcburi icra tədbiri kimi onun mülkiyyətində olan yük maşınlarına həbs qoyulmasına zərurət yaranmışdır. Odur ki, qeyd olunanların nəzərə alınmasını və təqdimatın təmin olunmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə olunmuş Şirvan Apelyasiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(106)-131/2021 saylı icra sənədinə əsasən cavabdeh Borclu 20742,26 manat borc və 30 manat dövlət rüsumu tutulub «Maliyyə Resurs Mərkəzi BOKT» QSC-yə verilməlidir. İş materiallarına əlavə edilmiş şəxsin kartoçkasından görünür ki, «JAC HFC1083KR1» yük markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı və «PEUGEOT» yük markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobillər Borclu mülkiyyətindədir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib aşağıda qeyd olunan qanunvericilik aktı normalarına əsaslanaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə görə icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakların siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlaklarına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlaklarına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakların məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakların üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Yuxarda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264 və 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində «JAC HFC1083KR1» yük markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı və «PEUGEOT» yük markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar