Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-84/2022 11.05.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X6 Hacıyevin sədirliyi, Xuraman Emin qızı Əsədlinin katibliyi ilə, Borclu mülkiyyətində olan «Chevrolet Cruze» minik markalı maşının üzərinə həbs qoyulması barədə İmişli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İmişli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək Borclu mülkiyyətində olan «Chevrolet Curuze» minik markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və müvafiq dayanacaqda saxlanılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 mart 2016-cı il tarixli, 2(010)-893/2016 saylı icra sənədinə əsasən cavabdehlər X2, Borclu və X1 müştərək qaydada 3958,63 manat borc və 30 manat dövlət rüsumu tutulub Tələbkar ASC-yə ödənilməlidir. İcra sənəd üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Lakin borclu icra sənədini könüllü olaraq hazırkı tarixədək icra etməmişdir. Bundan sonra məcburi icra tədbirlərinin tətbiq edilməsi məqsədilə borclunun əmlak vəziyyətinin yoxlanılması üçün müxtəlif orqanlara sorğular verilmişdir. Aparılmış icra tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Borclu mülkiyyətində «Chevrolet Curuze» minik markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Borclu icra sənədini könüllü olaraq icra etmədiyindən məcburi icra tədbiri kimi onun mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulmasına zərurət yaranmışdır. Odur ki, qeyd olunanların nəzərə alınmasını və təqdimatın təmin olunmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə olunmuş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 mart 2016cı il tarixli, 2(010)-893/2016 saylı icra sənədinə əsasən cavabdeh Borclu 3958,63 manat borc və 30 manat dövlət rüsumu tutulub Tələbkar ASC-yə verilməlidir. İş materiallarına əlavə edilmiş şəxsin kartoçkasınnan görünür ki, «Chevrolet Curuze» minik markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib aşağıda qeyd olunan qanunvericilik aktı normalarına əsaslanaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə görə icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Yuxarda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264 və 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan «Chevrolet Curuze» minik markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №8(036)-84/2022
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-84/2022
11.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver