Məhkəmə qərarları › İş №8(036)-84/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-84/2024

27.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-84/2024 27.08.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mehdizadə Nicat Əli oğlunun katibliyi, İmişli Rayon Məhkəməsinin 2(036)-3587/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.1980-ci il təvəllüdlü, İmişli şəhəri, Bül-Bül küçəsi, 33 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada İmişli rayon İcra və Probasiya şöbəsinə gətirilməsi barədə İmişli rayon İcra və Probasiya şöbəsindən daxil olmuş təqdimata baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İmişli rayon İcra və Probasiya şöbəsinin icra məmuru Aqil Əfəndiyev təqdimatla məhkəməyə müraciət edərək İmişli rayon məhkəməsinin 2(036)-3587/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.1985-ci il təvəllüdlü, İmişli şəhəri, Bül-Bül küçəsi, 33 ünvanında qeydiyyatda olan Borclu İmişli rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, İmişli rayon məhkəməsinin 2(036)-3587/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən İcra sənədi üzrə Borclu 1478.05 manat pul vəsaiti və 20 manat dövlət rüsumu məbləğində pul alınaraq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir.İcra sənədi xx.xx.2017-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış və tələbin könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir.Eyni zamanda məhkəmə tərəfindən verilmiş icra sənədinin icrası ilə bağlı Borclu dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, icra sənədi üzrə tələbi təmin etməmiş və icra məmurunun çağırışlarına gəlməkdən boyun qaçırmışdır.Belə olan halda borclu şəxsin məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş İmişli rayon məhkəməsinin 2(036)-3587/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmrindən görünür ki, cavabdeh Borclu 1218 manat 50 qəpik məbləğində kredit borcu, 137 manat 70 qəpik faiz borcu, 121 manat 85 qəpik penya borcu, cəmi 1478 manat 05 qəpik məbləğində borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutulub Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli rayon məhkəməsinin 2(036)-3587/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, İmişli rayon məhkəməsinin 2(036)-3587/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Borclu 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi barədə bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli borclunun məcburi gətirilməsi barədə qərardan görünür ki, icra məmuru tərəfindən Borclu İmişli rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə qeyd edir ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra məmuru tərəfindən xəbərdarlıq edilməklə şöbəyə dəvət olunsa da, borclu icra sənədinin icrası ilə bağlı şöbəyə gəlməkdən üzrsüz səbəbdən yayınmış və nəticədə icra sənədində göstərilən tələbi icra etməmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixdə icra məmuru tərəfindən məcburi gətirilmə barədə qərar qəbul edilərək borclunun ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Təqdimat və ona əlavə edilmiş sənədlərlə borclunun icra məmurunun çağırışlarına üzrsüz səbəbdən gəlməməsi təsdiq olunduğundan məhkəmə belə hesab edir ki, İmişli rayon məhkəməsinin 2(036)-3587/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə İmişli şəhəri, Muğan küçəsi, ev 3 ünvanda qeydiyyatda olan Borclu məcburi şəkildə İmişli rayon İcra və Probasiya şöbəsinə gətirilməsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-3587/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə İmişli şəhəri, Muğan küçəsi, ev 3 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada İmişli Rayon İcra və Probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası İmişli Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar