Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-89/2023 26.05.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Məmmədli Nadir Cabir oğlunun katibliyi ilə, İmişli Rayon Məhkəməsinin 2(036)-863/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə İmişli rayon icra və probasiya şöbəsindən daxil olmuş təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru Ramil Ağasıyev təqdimatla məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin 2(036)-863/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin 2(036)-863/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X1 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu hər ay 150 manat sabit pul məbləğində alimetn xx.xx.2019-cu il tarixdən tutulub X2 xeyrinə verilməldir. Borclunun əmlak vəziyyətinin yoxlanılması üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş, sorğuların nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlir müəyyən edilməmişdir. Əldə olunmuş məlumatlara əsasən iş üzrə Borclu aliment borcunu ödəməkdən yayınmaq üçün xarici ölkəyə getmək istəyir. Bu səbəbdən də onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyəm olur ki, İmişli Rayon Məhkəməsinin 2(036)- 863/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X1 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu hər ay 150 manat sabit pul məbləğində alimetn xx.xx.2019-cu il tarixdən tutulub X2 xeyrinə verilməldir. İcra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borcluya göndərilmişdir. xx.xx.2022-ci il tarixli qərarla müəyən olunur ki, Borclu İmişli rayon icra və probasiya şöbəsinə məcburi gətirilməsi üçün İmişli Rayon Məhkəməsinə təqdimat verilməsi qərara alınmışdır. İmişli Rayon Məhkəməsinin 8(036)-185/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə borcl Borclu İmişli rayon icra və probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu icra sənədinin könüllü icrası ilə bağlı bildirişi almış, ona icra sənədini dərhal icra etməsi izah olunmuş, habelə icraata başlamaq haqqında qərarla tanış edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. MPM-nin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. MPM-nin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Ədliyyə Nazirliyinin 22 aprel 2013-cü il tarixli, 2-N saylı Qərarı ilə təsdiq olunmuş «Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında» Təlimatın 2.1- ci bəndinə görə məhkəmə qərarı əsasında verilmiş icra sənədi üçün müəyyən edilmiş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Təlimatın 2.2-ci bəndinə görə bu barədə zərurət yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli; borcun ödənilməsi tələbinə dair icra sənədinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakının olub- olmamasını yoxlayır. Təlimatın 2.5.2-ci bəndinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq borclunun icra sənədinin icrasından üzürsüz səbəbdən yayınması halları araşdırılmalıdır. İş materialları ilə müəyyən edilir ki, borclu icra məmurunun gördüyü məcburi icra tədbirlərinə baxmayaraq İmişli Rayon Məhkəməsinin 2(036)-863/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə ödənilməsi tələb olunan məbləği icra etməmişdir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. İş materialları ilə müəyyən olur k, məhkəmə qərarı əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Məhkəmə hesab edir ki, təqdimat qanuni və əsaslı olduğu üçün təmin edilib, İmişli Rayon Məhkəməsinin 2(036)-863/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İmişli Rayon Məhkəməsinin 2(036)-863/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu- xx.xx.1988-ci ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasınin vətəndaşı, İmişli şəhəri, Şəhriyar küçəsi, ev 20 ünvanında qeydiyyatda olmaqla yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardaddan İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №8(036)-89/2023
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-89/2023
26.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver