Məhkəmə qərarları › İş №8(036)-90/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-90/2025

23.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-90/2025 23.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Əsədli Xuraman Emin qızının katibliyi ilə, Borclu əmlakının üzərinə qoyulmuş həbsin götürülməsi barədə İmişli rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən, İ dərəcəli ədliyyə qulluqçusu Elşən Cəfərovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İmişli rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elşən Cəfərov məhkəməyə təqdimatla müraciət edərək, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(036)- 152/2024 saylı qərardadına əsasən Borclu mülkiyyətində olan “Mercedes Benz C220 CDİ” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İmişli Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin 8İ-4685 nömrəli, 10 iyun 2024-cü il tarixli icra sənədinə əsasən borclular X4, X2, X3, Borclu və X1 müştərək qaydada 6343.46 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əıaqədar İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(036)-152/2024 saylı qərardadına əsasən Borclu mülkiyyətində olan “Mercedes Benz C220 CDİ” markalı **-BF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə tələb tam təmin edildiyindən icra sənədi üzrə icraata xitam verilmişdir. İş üzrə yaranmış zərurətlə əlaqədar avtomaşın üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, İmişli rayon İcra və probasiya şöbəsinin nümayəndəsi, borclu və tələbkar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan: İmişli Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin 8İ-4685 nömrəli, 10 iyun 2024-cü il tarixli icra qeydinə əsasən borclular X4, X2, X3, Borclu və X1 MK-765326/23 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5908 manat 86 qəpik tutulması, bundan əlavə, borclulardan 409 manat 60 qəpik məbləğində cərimə penya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 6343.46 (altı min üç yüz qırx üç manat qırx altı qəpik ) manat pul tutulması təklif edilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(036)-152/2024 saylı qərardadı ilə həmin icra sənədinin icrası ilə bağlı Borclu adına qeydiyyatda olan “Mercedes Benz C220 CDİ” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmuşdur. Tələbkar ASC-nin İmişli rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, iş üzrə borclular tərəfindən borc tam ödənildiyindən 8İ- 4685 nömrəli, 10 iyun 2024-cü il tarixli icra vərəqəsi üzrə başlanmış icra işinə xitam verilməsi xahiş olunmuşdur. İmişli Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarına əsasən İmişli Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin 8İ- 4685 nömrəli, 10 iyun 2024-cü il tarixli icra sənədinə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində məcburi icra tədbirləri sadalanmış və borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi bu tədbirlərdən biri kimi göstərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə hesab edir ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(036)- 152/2024 saylı icra sənədinin icrası borclular tərəfindən tam təmin edildiyindən Borclu mülkiyyətində olan " Mercedes Benz C220 CDİ” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(036)-152/2024 saylı qərardadına əsasən Borclu adına qeydiyyatda olan “Mercedes Benz C220 CDİ” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası İmişli rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə həvalə olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsaba Ağayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar