Məhkəmə qərarları › İş №8(036)-93/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-93/2024

27.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-93/2024 27.08.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Mehdizadə Nicat Əli oğlunun katibliyi ilə İmişli Rayon Məhkəməsinin 2(036)-1622/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu məxsus "Hyundai Sonata" minik markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz 300D” minik markalı, “**-OL-***” dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbsin qoyulması barədə İmişli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İmişli rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elşən Cəfərov təqdimatla məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin 2(036)-1622/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus olan "Hyundai Sonata" minik markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz 300D” minik markalı, “**-OL-***” dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin 2(036)- 1622/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 21.749,19 (iyirmi bir min yeddi yüz qırx doqquz manat on doqquz qəpik) manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar “X2 Kompleksi” MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə İmişli rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. “Elektron icra” sistemində icra sənədi üzrə Borclu məxsus "Hyundai Sonata" minik markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz 300D” minik markalı, “**-OL-***” dövlət qeydiyyat nişanlı avtomobillərin olduğu qeyd edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq, qeyd olunan nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması məsələsinə baxılmasını xahiş edir. Təqdimata baxılmasının yeri və vaxtı barədə məlumat verilmiş tələbkar “X2 Kompleksi” MMC məhkəməyə ərizə ilə müraciət edərək, təqdimatın təmin edilməsini xahiş etmişdir. Təqdimata baxılmasının yeri və vaxtı barədə icra sənədi üzrə borclu və təqdimatı vermiş icra məmuruna məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə təqdimata icra sənədi üzrə borclunun və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, İmişli Rayon Məhkəməsinin 2(036)-1622/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 21.749,19 (iyirmi bir min yeddi yüz qırx doqquz manat on doqquz qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat tutulub “X2 Kompleksi” MMC-yə ödənilməlidir. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə informasiya sistemi”ndən çıxarışdan görünür ki, "Hyundai Sonata" minik markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz 300D” minik markalı, “**-OL-***” dövlət qeydiyyat nişanlı avtomobillər Borclu adına qeydiyyatdadır. Təqdimatdan və təqdimata əlavə edilmiş materiallardan görünür ki, İmişli rayon məhkəməsinin 2(036)-1622/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələb halhazıradək borclu tərəfindən yerinə yetirilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında borclu tərəfindən ödənilməli olan məbləğ ödənilmədiyindən və icra sənədi icrasız qaldığından borclunun əmlakı üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində məcburi icra tədbirləri sadalanmış və borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi bu tədbirlərdən biri kimi göstərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, İmişli Rayon Məhkəməsinin 2(036)-1622/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu adına qeydiyyatda olan "Hyundai Sonata" minik markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz 300D” minik markalı, “**-OL-***” dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-1622/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu adına qeydiyyatda olan "Hyundai Sonata" minik markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz 300D” minik markalı, “**-OL-***” dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Qərardadın icrası İmişli rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-yə həvalə olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar