Məhkəmə qərarları › İş №8(036)-93/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-93/2025

07.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-93/2025 07.08.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə İmişli Rayon Məhkəməsinin 2(036)-9794/2016 nömrəli, xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə borclular Borclu1 və Borclu2 tutulması müəyyən edilmiş pul məbləğinin indeksasiya olunması barədə X1nun ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin 2(036)-9794/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən tələbkara ödənilməyən əsas 173 manat məbləğin indeksləşdirilərək 2014-cü il tarixdən - 2025-ci ilin may ayınadək 162 faiz artımını (173 AZN x 162 % = 280.26 AZN) nəzərə alaraq cəmi 453.26 manat məbləğində indeksləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə borclulara, tələbkara və icra orqanına lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. X1 elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 232.2-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 232.3-cü maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. İmişli Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(036)-9794/2016 nömrəli məhkəmə əmrindən görünür ki, borclular Borclu1 və Borclu2 müştərək qaydada 152 manatın tutulub kreditor X3 ödənilməsi əmr edilmişdir. Tələbkar məhkəmə əmri ilə müəyyən edilmiş pul məbləğinin indeksləşdirilməsini xahiş etsə də, ərizəsinə məhkəmə əmrinin icraya yönəldilməsi, icra sənədi üzrə borclular tərəfindən ödənişlərin olub-olmaması barədə sənədlər əlavə etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə hesab edir ki, ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut təqdim etmədiyindən ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 232, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar