Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-94/2025 07.08.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(036)-1964/2014 nömrəli məhkəmə qərarı üzrə tutulmalı olan pul məbləğinin indeksasiyanın həyata keçirilməsinə dair Tələbkar tərəfindən verilmiş ərizəyə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(036)-1964/2014 nömrəli məhkəməm qərarı ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən tələbkara ödənilməyən əsas 357.60 manat məbləğində indeksləşdirilərək 2014-cü il tarixdən, 2025-ci ilin may ayınadək 205.80 faiz artımı (357.60 AZN x 205.80 %= 135.94 AZN) nəzərə alaraq cəmi 1093.54 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tələbkara, icra məmuruna və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, tələbkar ərizəsinə İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(036)-1964/2014 nömrəli məhkəmə qərarını əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Odur ki, qanunun analogiyası tətbiq olunaraq ərizə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 13.4, 231, 263, 264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(036)-1964/2014 nömrəli məhkəmə qərarı üzrə tutulmalı olan pul məbləğinin indeksasiyanın həyata keçirilməsinə dair Tələbkar tərəfindən verilmiş ərizə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №8(036)-94/2025
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-94/2025
07.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver