Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-97/2025 07.08.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, Tələbkar nümayəndəsi X2, Borclu nümayəndəsi X1 iştirakı ilə, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-45/2024 nömrəli qətnaməsi üzrə tutulmalı olan aliment məbləğinin indeksasiyanın həyata keçirilməsinə dair Tələbkar tərəfindən verilmiş ərizəyə baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli 2(036)-45/2024 nömrəli qətnaməsinə əsasən qət edilmiş 185 manat alimentin məbləğinin hazırda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqının 0.53 misli həddində indeksasiya olunması və sonrakı artımlar nəzərə alınmaqla hər ay ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar nümayəndəsi X4 məhkəmə iclasında ərizə ilə müraciət edərək bildirdi ki, qızı Borclu qarşı aliment məbləğinin indeksasiyası barədə ərizə versə də, hazırda ərizənin geri qaytarmasını xahiş edir. Borclu nümayəndəsi X3 ərizənin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə ərizənin geri qaytarılmasına dair Tələbkar nümayəndəsi X2 ərizəsini nəzərə alaraq hesab edir ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)- 45/2024 nömrəli icra sənədi üzrə tutulmalı olan aliment məbləğinin indeksasiyanın həyata keçirilməsinə barədə ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tələbkar nümayəndəsi X2 tərəfindən verilmiş ərizə təmin edilsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-45/2024 nömrəli icra sənədi üzrə Borclu tutulmalı olan aliment məbləğinin indeksasiyanın həyata keçirilməsinə dair Tələbkar ərizəsi baxılmadan geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №8(036)-97/2025
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-97/2025
07.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver