Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(036)-99/2024 19.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, X15 qızının katibliyi, Tələbkar Borclu, Borclunun nümayəndəsi X2, İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 iştirakı ilə, İmişli Rayon Məhkəməsinin 2(036)-116/2024 nömrəli iş üzrə qəbul etdiyi 29 fevral 2024-cü il tarixli qətnaməsinin izah olunması barədə İmişli rayonu İcra və probasiya şöbəsinin ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, İmişli Rayon Məhkəməsinin 2(036)-116/2024-018 nömrəli iş üzrə qəbul etdiyi 29 fevral 2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı Fatimə adlı uşağln atasından alınıb anası Firuzəyə qaytarılmasının zəruri olub-olmaması məsələsinə baxılmasını xahiş etmişdir. İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində icraatına daxil olmuş İmişli rayon Məhkəməsinin 2(036)-116/2024-018 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iddiaçı Tələbkar xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X9 ilə hər həftənin şənbə günü, uşaqların və valideynlərin doğum günlərində, Yeni il bayramı, 8 Mart, 9 May Qələbə günü, 28 May Müstəqillik günü münasibətilə, 15 iyun Qurtuluş Günü, 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə, Zəfər bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü saat 10:00-dan 17:00-a qədər, Novruz bayramı, Ramazan bayramı və Qurban bayramının 2 (ikinci) günlərində saat 10:00-dan 17:00-a qədər, məktəblilərin yay tətili günlərində tərəflərin qarşılıqlı razılığı əsasında 10 gün müddətində iddiaçının yanında qalmaqla ünsiyyət hüququ tanınmışdır. İcra sənədinin icrası ilə əlaqədar Fatimə və Yusif adlı uşaqları Abbaszadə X5 bayramının 2-ci günündə uşaqlarla ünsiyyətdə olmaq üçün Tələbkar vermiş, lakin Tələbkar uşaqları Borclu Əbülfət qızına qaytarıb təhvil verməmişdir. Tələbkar ilə telefon əlaqəsi saxlanılmış, uşaqları Borclu Əbülfət qızına təhvil vermələri tələb edilmişdir. Tələbkar uşaqların onun himayəsində saxlanmasını istədiklərini bildirmələri səbəbindən uşaqları Borclu Əbülfət qızına təhvil verməyəcəyini bildirmişdir. Tələbkar uşaqları təcili olaraq Borclu Əbülfət qızına qaytarması tələb edilmiş, lakin Tələbkar Fatimə və Yusif adlı uşaqları Borclu Əbülfət qızına verməyəcəyini israrla bildirmişdir. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2024-cü il tarixdə Borclu Əbülfət qızı uşaqların axtarış vasitəsilə gətirilib ona təhvil verildiyini göstərmişdir. Bir neçə ay bundan əvvəl Fatimə adlı uşaq qeyri ünsiyyət günündə atası Tələbkar yanına getmiş və anasının yanına qayıtmamışdır. Onun anasının yanına qayıtması üçün dəfələrlə cəhd edilsədə Fatimə anasının yanına getməkdən imtina etmişdir. X3 müraciəti əsasında İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(036)-19/2024 saylı icra sənədinə əsasən hər həftənin bazar günü saat 12:00-dan 15:00-dək ünsiyyət saxlaması müəyyən edilmiş, lakin Fatimə anası iə görüşməkdən imtina etmişdir. Fatimə adlı uşağın atası Musanın yanında qalması icra sənədlərinin icrasında müəyyən çətinliklər yaratmışdır. Odur ki, icra sənədinin icrası ilə bağlı Fatimə adlı uşağın atasından alınıb anası Firuzəyə qaytarılmasının zəruri olub-olmamasının izah edilməlidir Məhkəmədə İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə tələbkar Borclu bildirdi ki, o, uşağının onun yanında qalmasını istəyir. Çünki uşağı təhsildən yayınır və onu görüşə gətirmirlər. Məhkəmədə borclunun nümayəndəsi X2 ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 qətnaməyə izah verilməsi barədə ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İmişli rayon Məhkəməsinin 2(036)-116/2024-018 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iddiaçı Tələbkar xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X9 ilə hər həftənin şənbə günü, uşaqların və valideynlərin doğum günlərində, Yeni il bayramı, 8 Mart, 9 May Qələbə günü, 28 May Müstəqillik günü münasibətilə, 15 iyun Qurtuluş Günü, 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə, Zəfər bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü saat 10:00-dan 17:00-a qədər, Novruz bayramı, Ramazan bayramı və Qurban bayramının 2 (ikinci) günlərində saat 10:00-dan 17:00-a qədər, məktəblilərin yay tətili günlərində tərəflərin qarşılıqlı razılığı əsasında 10 gün müddətində iddiaçının yanında qalmaqla ünsiyyət hüququ tanınmışdır. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(036)-19/2024 saylı icra sənədinə 2(036)-1541/2024-nömrəli mülki işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək Borclu qızı xx.xx.2012-ci il təvəllüdlü X6 ilə hər həftənin bazar günü saat 12:00-dan 15:00-dək ünsiyyət saxlaması müəyyən edilməklə ünsiyyətə maneə yaradılması Tələbkar qadağan edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Qanunun mənasına görə məhkəmə qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda qətnaməyə izah verə bilər. Göründüyü kimi iddia tələbi ilə bağlı məhkəmə tərəfindən qətnamə çıxarılmışdır. Qanunvericiliyin tələbləri baxımından işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Məhkəmə hesab edir ki, ərizədə göstərilənlərlə bağlı izah verilməsinə zərurət yoxdur. Belə ki, məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(036)-116/2024 saylı qətnaməsinə izah verilərsə onun məzmunun dəyişdirilməsi kimi qəbul edilə bilər. Eyni zamandan ərizədə xx.xx.2024-cü il tarixli, 2(036)-116/2024 saylı qətnaməsinin aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olan məqamların nədən ibarətə olması kifayət qədər əsaslandırılmamışdır. Ərizə yalnız qətnamənin icrası zamanı tələbkar və borclu arasında yaranmış mübahisəli vəziyyət şərh edilmişdir. Bu hal isə məhkəmə tərəfindən deyil, "İcra haqqında" Azərbaycan Respublikası Qanununda göstərilmiş könüllü və məcburi icra tədbirləri vasitəsilə ilə icra məmurunun səlahiyyətləri çərçivəsində qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş qətnamənin icrası təmin edilməklə aradan qaldırılmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 İmişli Rayon Məhkəməsinin 2(036)-116/2024 nömrəli iş üzrə qəbul etdiyi 15 aprel 2024-cü il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 İmişli Rayon Məhkəməsinin 2(036)-116/2024 nömrəli 15 aprel 2024-cü il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №8(036)-99/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(036)-99/2024
19.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver