Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-1/2024 07.01.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(037)-436/2023-010 saylı icra sənədinin icrası məqsədi ilə Borclu İsmayıllı rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimata məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(037)-436/2023-010 saylı icra vərəqəsinə əsasən, 06 mart 2023-cü il tarixdən başlayaraq Borclu hər ay uşağa 150 (yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğindən aliment alınaraq 10 mart 2006-cı il tarixində doğulmuş X4 və 01 yanvar 2008-ci il tarixində doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Tələbkar xeyrinə ödənilməlidir. İsmayıllı rayon icra və probasiya şöbəsi təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi 27 aprel 2023-cü il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu X2 icra sənədində göstərilən İsmayıllı rayonu, Qalacıq kəndi ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır.Göstərilənləri nəzərə alaraq borclu X2 İsmayıllı rayon icra və probasiya şöbəsinə məcburi gətirilməsi məsələsinə baxılması xahiş olunmuşdur. Tərəflər təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 27 aprel 2023-ci il tarixli 2(037)-436/2023 saylı qətnaməsinə əsasən, cavabdeh Borclu hər ay uşağa 150 (yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğindən aliment alınaraq 10 mart 2006-cı il tarixində doğulmuş X4 və 01 yanvar 2008-ci il tarixində doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Tələbkar hesabına ödənilməsi qət olunmuşdur. Qətnamə üzrə çıxarılmış 27 aprel 2023-ci il tarixli icra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı Borclu xəbərdarlıq göndərilməsinə baxmayaraq o heç bir üzürlü səbəb olmadan İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə gəlməmişdir. Borclu İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən üzürsüz səbəbdən yayınmış və bununla da icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmışdır. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1979-cu il tarixdə İsmayıllı rayonu, Qalacıq kəndində anadan olmuş, İsmayıllı rayonu, Qalacıq kəndi ünvanında qeydiyyatda olmaqla yaşayan borclu Seyidov X3 rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası İsmayıllı rayon icra və probasiya şöbəsinə və İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-1/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-1/2024
07.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver