Məhkəmə qərarları › İş №8(037)-1/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-1/2025

07.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-1/2025 07.01.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bədəlov Elvin Əbülfət oğlunun katibliyi Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 2(039)-663/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2021-ci il tarixdən başlayaraq, 15 may 2015-ci il təvəllüdlü X3 və 09 dekabr 2016-cı il təvəllüdlü X1 18 yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi icra olunması üçün İsmayıllı rayon İcra və probasiya şöbəsinə verilmişdir. İsmayıllı rayon icra və probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-663/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2021-ci il tarixdən başlayaraq, 15 may 2015-ci il təvəllüdlü X3 və 09 dekabr 2016-cı il təvəllüdlü X1 18 yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi 06 may 2021-ci il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclunun tələbkarın xx.xx.2024-cü il tarixində daxil olmuş ərizəsinə əsasən dekabr 2024-cü il tarixə 1260 manat aliment borcu yaranmışdır. Borclu İcra sənədi üzrə tələbi tam təmin etmədiyi üçün əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan ”HYUNDAİ İ30” minik markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan ”HYUNDAİ İ30” minik markalı, **-MO- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş edir. Tələbkar X4 teleqram göndərərək borclunun alimenti vaxtlı-vaxtında icra etmədiyini, hal-hazırda 400 manat borcu olduğunu göstərmiş, ona köməklik olunmasını xahiş etmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru və Borclu təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materialarında olan, Yevlax Rayon Məhkəməsinin 2(039)-663/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, nikah pozularkən tərəflərin birgə nikahlarından anadan olmuş 15 may 2015-ci il təvəllüdlü X6 və 09 dekabr 2016-cı il təvəllüdlü X5 adlı uşaqlar iddiaçı X2 himayəsində saxlanılmış, cavabdeh Borclu 19 fevral 2021-ci il tarixdən başlayaraq, 15 may 2015-ci il təvəllüdlü X3 və 09 dekabr 2016-cı il təvəllüdlü X1 18 yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat məbləğində aliment iddiaçı X2 xeyrinə tutulması göstərilmişdir. İş materialarında olan 06 may 2021-ci il tarixli qərarən surətindən görünür ki, iş üzrə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. İş materialarında olan, 06 may 2021-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, borcluya icra sənədinin icrası ilə bağlı bildiriş göndərilmişdir. İşə materialarında olan, İsmayıllı rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib olunmuş, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu məxsus ”HYUNDAİ İ30” minik markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi müəyyən edilmişdir. Təqdimat və ona əlavə edilmiş sənədlərdən görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-663/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu 19 fevral 2021-ci il tarixdən başlayaraq, 15 may 2015-ci il təvəllüdlü X3 və 09 dekabr 2016-cı il təvəllüdlü X1 18 yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat məbləğində aliment iddiaçı X2 xeyrinə ödənilməlidir. İş üzrə 06 may 2021-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. 06 may 2021-ci il tarixdə borcluya “Tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu məxsus ”HYUNDAİ İ30” minik markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi müəyyən edilmişdir. İcra məmuru təqdimatla müraciət edərək həmin əmlakın üzərinə həbs qoyulmasını xahiş etmişdir. Tələbkar aliment borcunun ödənilməsinə köməklik göstərilməsini xahiş edir. İcra Haqqında “Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir. 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs,bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə qərara gəlir ki, icra sənədinin icrasının təmin olunması məqsədi ilə Borclu məxsus olan ”HYUNDAİ İ30” minik markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu məxsus olan ”HYUNDAİ İ30” minik markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyulsun. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar