Məhkəmə qərarları › İş №8(037)-100/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-100/2023

21.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-100/2023 21.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İsmayıllı Rayon Məhkəməsinin 05 fevral 2014-cü il tarixli 2(037)-93/14 nömrəli icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsi haqda İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin təqdimatına və ona əlavə edilmiş sənədlərə 21 dekabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 05 fevral 2014-cü il tarixli 2(037)-93/14 nömrəli icra sənədinə əsasən Borclu 610 ABŞ dolları pul vəsaiti tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədi icra edilməsi üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Rahim Musatafayev təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, icra sənədi 08 avqust 2018-ci il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən İsmayıllı rayonu Mican kəndi ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmişdir. Borclu çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmış və bugünədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Ona görə də Borclu İsmayıllı rayon icra və probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimata baxılanadək icra məmuru müraciət edərək Borclu könüllü olaraq şöbəyə gəldiyi üçün təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunmasına dair İsmayıllı rayon icra və probasiya şöbəsindən daxil olmuş təqdimat və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar