Məhkəmə qərarları › İş №8(037)-101/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-101/2023

22.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-101/2023 22.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9225/2015 saylı,xx.xx.2015-ci il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu İsmayıllı rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimata 22 dekabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9225/2015 saylı,xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu 1451 ABŞ dolları pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədinin icrasına xx.xx.2018-ci il tarixli qərarla başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun yaşadığı İsmayıllı rayonu,Qaraqaya kəndi ünvanına icraata başlamaq haqqında qərarın surəti və bildirişi göndərilmiş,edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Göstərilənləri nəzərə alaraq Borclu İsmayıllı rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi məsələsinə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasında İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev təqdimata uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Borclu və tələbkar "xxxx" MMC-nin nümayəndəsi təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər.Ona görə də məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Təqdimata əlavə edilmiş, icra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2018-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın və müvafiq bildirişin surətindən görünür ki, Borclu müvafiq icra vərəqəsinin surəti göndərilmiş və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Lakin, Borclu heç bir üzrlü səbəb göstərmədən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 9225/2015 saylı,xx.xx.2015-ci il tarixli icra sənədini icra etməmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231,263-264,268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. xx.xx.1987-ci il tarixdə İsmayıllı rayonu, Qaraqaya kəndində anadan olmuş, İsmayıllı rayonu, Qaraqaya kəndi ünvanında qeydiyyatda olan borclu Nəcəfov X1 rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə və İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar