Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-102/2024 05.09.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Borclu məxsus avtomobilin üzərinə həbs qoyulmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata 05 sentyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-236/2024 saylı, 19 mart 2024-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 401.96 manat borc məbləği tutularaq **********000 saylı abonent koduna ödənilməlidir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev təqdimatla məhkəməyə müraciət edərək icra sənədi üzrə Borclu məxsus olan “OPEL SİNTRA” minik markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və qərardadın icrasının Baş Dövlət Yol Polis İdarəsinə həvalə olunmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki,İsmayıllı Rayon Məhkəməsinin e-2(037)- 236/2024 saylı, 19 mart 2024-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 401.96 manat borc məbləği tutularaq **********000 saylı abonent koduna ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə İsmayıllı rayon icra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Elektron İcra Sisteminin EMF-dən əldə olunmuş çıxarışa əsasən borclunun adına xx.xx.2023-cü il tarixdə buraxılış ili 1999, rəngi tünd göy metallik, mühərrik həcmi 2171, ban tipi universal olan “OPEL SİNTRA” minik markalı, ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydə alındığı müəyyən edilmişdir.Göstərilənləri və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin tələblərini rəhbər tutaraq icra sənədi üzrə Borclu məxsus olan buraxılış ili 1999, rəngi tünd göy metallik, mühərrik həcmi 2171, ban tipi universal olan “OPEL SİNTRA” minik markalı, ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına və qərardadın icrasının Baş Dövlət Yol Polis İdarəsinə həvalə olunmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş edir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev, tələbkar "xxxx" ASC-nin nümayəndəsi və Borclu təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq qərara gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, işdə olan İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-236/2024 saylı, 19 mart 2024-cü il tarixli icra sənədindən görünür ki,Borclu cəmi 401.96 manat borc məbləği tutularaq **********000 saylı abonent koduna ödənilməlidir. İşdə olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi xx.xx.2024-cü il tarixdə İsmayıllı rayon icra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. İşdə olan Elektron İcra Sisteminin EMF-dən əldə olunmuş çıxarışdan görünür ki, Borclu adına xx.xx.2023-cü il tarixdə buraxılış ili 1999, rəngi tünd göy metallik, mühərrik həcmi 2171, ban tipi universal olan “OPEL SİNTRA” minik markalı, ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydə alınmışdır. Təqdimat və ona əlavə edilmiş sənədlərdən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-236/2024 saylı, 19 mart 2024-cü il tarixli icra sənədindən görünür ki, Borclu cəmi 401.96 manat borc məbləği tutularaq **********000 saylı abonent koduna ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə şöbəyə daxil olmuş, icra məmuru tərəfindən müvafiq qərarla icraata başlanılmış, borclunun ünvanına bildiriş göndərilmişdir. Borcun ödətdirilməsi istiqamətində Borclu ünvanına rəsmi bildiriş və elektron sms bildirişi göndərilmişdir.Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Elektron İcra Sisteminin EMF-dən əldə olunmuş çıxarışa əsasən borclunun adına xx.xx.2023-cü il tarixdə buraxılış ili 1999,rəngi tünd göy metallik, mühərrik həcmi 2171, ban tipi universal olan “OPEL SİNTRA” minik markalı,** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydə alınması müəyyən edilmişdir. İcra məmuru təqdimat verərək həmin avtomaşının üzərinə həbs qoyulmasını və qərardadın icrasının Baş Dövlət Yol Polis İdarəsinə həvalə olunmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası “İcra Haqqında” Qanununun 44.1 və 44.1.3-cü maddələrinə əsasən icra məmuru tərəfindən könüllü icra üçün borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 43.1 və 43.1.1-ci maddələrinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından,götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb borclunun əmlakına, o cümlədən nəğd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlakı üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 50.5-ci maddəsinə əsasən üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür.Əmlak götürülənə qədər borclu,icra məmurunun nəzarəti altında onu sata bilər. Məhkəmə qərara gəlir ki,təqdimat təmin edilərək icra sənədinin icrasının təmin olunması məqsədi ilə Borclu adına qeydə alınmış buraxılış ili 1999, rəngi tünd göy metallik,mühərrik həcmi 2171,ban tipi universal olan “OPEL SİNTRA” minik markalı,** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalı və qərardadın icrası Baş Dövlət Yol Polis İdarəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Borclu adına qeydə alınmış buraxılış ili 1999, rəngi tünd göy metallik,mühərrik həcmi 2171, ban tipi universal olan “OPEL SİNTRA” minik markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə və Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-102/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-102/2024
05.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver