Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-105/2024 12.09.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata 12 sentyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(037)-245/2021 nömrəli icra sənədinə əsasən xx.xx.1979-cu ildə anadan olmuş və İsmayıllı rayonu Xanagah kəndində qeydiyyatda olan və yaşayan Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 250 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi 06 aprel 2024-cü il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Qətnamənin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Ona görədə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev, Tələbkar və Borclu təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materialarında olan 02 aprel 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Borclu 30 mart 2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa 125 (bir yüz iyirmi beş) manat olmaqla cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq 08 yanvar 2006-cı il tarixdə doğulmuş X2 və 01 iyul 2020-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Tələbkar ödənilməlidir. İş materialarında olan “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, iş üzrə 06 aprel 2021-ci il tarixdə icraata başlanılmışdır. İş materialarında olan 06 aprel 2021-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, borcluya icra sənədinin icrası ilə bağlı bildiriş göndərilmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq qərara gəlir ki, təqdimat təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(037)-245/2021 nömrəli icra sənədinə əsasən Borclu 30 mart 2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa 125 (bir yüz iyirmi beş) manat olmaqla cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq 08 yanvar 2006-cı il tarixdə doğulmuş X2 və 01 iyul 2020-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Tələbkar ödənilməlidir. İcra məmuru tərəfindən 06 aprel 2021-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul olunaraq borcluya 06 aprel 2021-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq borclu icra sənədinin icrasını təmin etməmişdir. İcra məmuru təqdimatla müraciət edərək borclunun ölkədən getmək hüququnun müvvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbədən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, borclunun ölkə ərazisini tərk etmək ehtimalı olduğu nəzərə alınaraq onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın təmin olunması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx xxxx 1979-cü il tarixdə anadan olmuş (Fin xxxxxxx) və İsmayıllı rayonu Xanagah kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-105/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-105/2024
12.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver