Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-108/2024 03.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8163/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu İsmayıllı rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimata 03 oktyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8163/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən 21 aprel 2015-ci il tarixdən başlayaraq Borclu dörd uşağın yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay 280 manat məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8163/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu dörd uşağın yetkinlik yaşına çatanadək maddi təminatı üçün xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay 280 manat məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədinin icrasına xx.xx.2016-cı il tarixli qərarla başlanılmış və qanunamüvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun yaşadığı İsmayıllı rayonu, Zərnava kəndi ünvanına icraata başlamaq haqqında qərarın surəti və bildiriş göndərilmiş, borclu icraata başlamaq haqqında qərarın sürətini və bildirişi qəbul etmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclunun məcburi gətirilməsi haqqında xx.xx.2024-cü il tarixdə qərar qəbul edilərək borclunun ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Borclu bu günədək icra sənədi üzrə tələbi tam təmin etməmişdir və hazırda 14030 manat aliment borcu vardır. Göstərilənləri nəzərə alaraq Borclu İsmayıllı rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, Tələbkar və Borclu təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Borclu məhkəməyə dəftərxana vasitəsilə etiraz ərizəsi göndərərək, alimentin ilkin məbləğini yığılmış borcdan isə ödəməyə davam edəcəyini bildirərək, onun barəsində İXM- 528-ci maddəsi ilə tərtib olunmuş inzibati protokolun rədd edilməsi haqqında qərar verilməsini xahiş etmişdir. İşə əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8163/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin surətindən görünür ki, 21 aprel 2015-ci il tarixdən başlayaraq Borclu dörd uşağın yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay 280 manat məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İşə əlavə olunmuş sms bildirişlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə borcluya məxsus mobil nömrəyə icra şöbəsinə gəlmək haqqında bildiriş göndərilmişdir. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında qərarın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Borclu məcburi gətiriliməsi haqqında qərar qəbul olunmuşdur. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8163/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən 21 aprel 2015-ci il tarixdən başlayaraq Borclu dörd uşağın yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay 280 manat məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra məmuru tərəfindən qətnamənin icrasını təmin etmək məqsədi ilə müvafiq tədbirlər görülmüşdür. Borclu icra məmurun çağrışlarına gəlməkdən yayınmışdır. İcra məmuru xx.xx.2024-cü il tarixdə Borclu məcburi gətiriliməsi haqqında qərar qəbul etdikdən sonra müvafiq təqdimatla məhkəməyə müraciət etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İş üzrə göründüyü kimi icra məmuru tərəfindən qətnamənin icra olunması ilə bağlı müvafiq tədbirlər görülmüş, lakin Borclu heç bir üzrlü səbəb göstərmədən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8163/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədini icra etməmiş, icra məmurunun çağırışlarına gəlməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231,263-264,268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. xx.xx.1980-ci il tarixdə İsmayıllı rayonun Zərnava kəndində anadan olmuş, İsmayıllı rayonun Zərnava kəndi ünvanında qeydiyyatda olan və yaşayan borclu Ağayev X1 rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə və İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-108/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-108/2024
03.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver