Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-109/2024 08.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə İsmayıllı Rayon Məhkəməsinin 2(037)-16/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu İsmayıllı rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimata 08 oktyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İsmayıllı Rayon Məhkəməsinin 2(037)-16/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 360 manat məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, İcra sənədinin icrasına xx.xx.2024-cü il tarixli qərarla başlanılmış və qanunamüvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun yaşadığı İsmayıllı rayonu, Balik kəndi ünvanına icraata başlamaq haqqında qərarın surəti və bildiriş göndərilmiş, borclu icraata başlamaq haqqında qərarın sürətini və bildirişi qəbul etmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclunun məcburi gətirilməsi haqqında xx.xx.2024-cü il tarixdə qərar qəbul edilərək borclunun ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Borclu bu günədək icra sənədi üzrə tələbi tam təmin etməmişdir. Göstərilənləri nəzərə alaraq Borclu İsmayıllı rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru və Borclu təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Tələbkar teleqram göndərərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşə əlavə olunmuş İsmayıllı Rayon Məhkəməsinin 2(037)-16/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədinin surətindən görünür ki, 16 yanvar 2024-cü il tarixdən başlayaraq Borclu hər ay hər uşağa 180 manat olmaqla cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq 15 aprel 2019-cu il tarixdə doğulmuş X3 və 30 iyul 2021-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Tələbkar xeyrinə ödənilməlidir. İş materialarında olan “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, iş üzrə 24 yanvar 2024-cü il tarixdə icraata başlanılmışdır. İş materialarında olan 24 yanvar 2024-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, borcluya icra sənədinin icrası ilə bağlı bildiriş göndərilmişdir. İş materialarında olan 20 iyun 2024-cü il tarixli qərarən surətindən görünür ki, Borclu icra şöbəsinə məcburi gətirilməsi haqqında icra məmuru tərəfindən qərar qəbul olunmuşdur. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-16/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 16 yanvar 2024-cü il tarixdən başlayaraq Borclu hər ay hər uşağa 180 manat olmaqla cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq 15 aprel 2019cu il tarixdə doğulmuş X3 və 30 iyul 2021-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Tələbkar xeyrinə ödənilməlidir. İcra məmuru tərəfindən qətnamənin icrasını təmin etmək məqsədi ilə müvafiq tədbirlər görülmüşdür. Borclu icra məmurun çağrışlarına gəlməkdən yayınmışdır. İcra məmuru xx.xx.2024-cü il tarixdə Borclu məcburi gətiriliməsi haqqında qərar qəbul etdikdən sonra müvafiq təqdimatla məhkəməyə müraciət etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İş üzrə göründüyü kimi icra məmuru tərəfindən qətnamənin icra olunması ilə bağlı müvafiq tədbirlər görülmüş, lakin Borclu heç bir üzrlü səbəb göstərmədən İsmayıllı Rayon Məhkəməsinin 2(037)-16/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini icra etməmiş, icra məmurunun çağırışlarına gəlməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231,263-264,268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. xx.xx.1992-ci il tarixdə İsmayıllı rayonun Balik kəndində anadan olmuş, İsmayıllı rayonun Balik kəndi ünvanında qeydiyyatda olan və yaşayan borclu Aydınzadə X2 rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə və İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-109/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-109/2024
08.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver