Məhkəmə qərarları › İş №8(037)-11/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-11/2023

12.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-11/2023 12.04.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, Borclu məxsus “KİA Sorento minik” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Bank VTB (Azərbaycan) ASCnin ərizəsinə 12 aprel 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli,2(037)-1701/2016 nömrəli qətnaməsi ilə Bank VTB (Azərbaycan) ASC ilə Borclu arasında bağlanmış xx.xx.2013-cü il tarixli 112586-1-6424 saylı avtomobil krediti müqaviləsinin ləğv edilməsi, 23803 ABŞ dolları 07 sent borc və 30 manat dövlət rüsumu məbləğinin Borclu alınaraq Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi, 23803 ABŞ dolları 07 sent borc və 30 manat dövlət rüsumu məbləğinin Borclu məxsus buraxılış ili 2012, mühərrik G4KECH737435,şassi/ban nömrəsi NAKU811DC5348454 olan,ağ mirvari rəngli, tip-unversal olan ** EH *** dövlət qeydiyyat nişanlı,“KİA Sorento-minik” markalı avtomobilinə açıq hərracda satılmaqla yönəldilməsi və əldə edilmiş vəsait hesabına borcun Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi müəyyən edilmişdir. Bank VTB (Azərbaycan) ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 əmlak üzərindən həbsin götürülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bank VTB (Azərbaycan) ASC Borclu qarşı avtomobil krediti müqaviləsi üzrə pul tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə İsmayıllı rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2016-cı il tarixli, 2(037)-1701/2016 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Borcun ödənilməsinin təminatı olaraq Borclu məxsus “KİA Sorento minik” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulmuşdur.Qeyd edilən mülki iş üzrə Borclu tərəfindən banka olan kredit borcu ödənilmişdir.Ona görə də Borclu məxsus “KİA Sorento minik” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş edir. Tərəflər ərizəyə baxılması üzrə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri araşdırıb qərara gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan İsmayıllı rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2016cı il tarixli 2(037)-1701/2016 nömrəli qətnaməsindən görünür ki, Bank VTB (Azərbaycan) ASC ilə Borclu arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 112586-1-6424 saylı avtomobil krediti müqaviləsinin ləğv edilməsi,tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 112586-1-6424 saylı avtomobil krediti müqaviləsi və xx.xx.2013-cü il tarixli 1125xx-xx-8479 nömrəli ipoteka müqaviləsi üzrə 21175 ABŞ dolları əsas,2539 ABŞ dolları 57 sent faiz və 88 ABŞ dolları 50 sent cərimə olmaqla, cəmi 23803 ABŞ dolları 07 sent məbləğinin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablanmaqla və ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin Borclu alınaraq Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi, 23803 ABŞ dolları 07 sent borc və 30 manat dövlət rüsumunun Borclu adına AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan Şöbəsi tərəfindən qeydiyyata alınmış, xx.xx.2013-cü il tarixli, 1125xx-xx-8479 nömrəli ipoteka müqaviləsinin predmeti olan buraxılış ili 2012,mühərrik G4KECH737435,şassi/ban nömrəsi NAKU811DC5348454 olan, ağ mirvari rəngli, tip-unversal olan ** EH *** dövlət qeydiyyat nişanlı,“KİA Sorento-minik” markalı avtomobilinə açıq hərracda satılmaqla yönəldilməsi və əldə edilmiş vəsait hesabına borcun Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi qət edilmişdir. İşdə olan 29 mart 2023-cü il tarixli arayışından görünür ki, Borclu Bank VTB (Azərbaycan) ASC-yə 112586-1-6424/1 saylı, xx.xx.2015-ci il tarixli “Avtomobil krediti müqaviləsi” üzrə xx.xx.2023-cü il tarixinə borcu 0.00 USD təşkil edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Məhkəmə əmlakın üzərindən həbsin götürülməsinə dair ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki,İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli,2(037)-1701/2016 saylı qətnaməsində qeyd edilən borc məbləği Borclu tərəfindən ödənildiyindən və Bank VTB (Azərbaycan) ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Əsgər Kərimovun əmlak üzərindən həbsin götürülməsinə dair ərizəsi olduğundan Borclu məxsus əmlakın həbsdə saxlanılmasına zərurət aradan qalxmışdır. Ona görə də Bank VTB (Azərbaycan) ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Əsgər Kərimovun əmlakın üzərindən həbsin götürülməsinə dair ərizəsi təmin edilməli, Borclu məxsus “KİA Sorento minik” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizə təmin edilsin. Borclu məxsus “KİA Sorento minik” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Maraqlı şəxsnə həvalə edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar