Məhkəmə qərarları › İş №8(037)-11/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-11/2025

14.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-11/2025 14.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi Borclu iştirakı ilə Borclu əmlakı üzərinə həbsin qoyulmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata 14 fevral 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-1153/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclular X1 və Borclu müştərək qaydada 431,1 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar1 xeyrinə ödənilməlidir. Eyni zamanda, İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-1493/2022 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində əsasən, Borclu oğlundan 271 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Məmmədov təqdimatla müraciət edərək icra sənədi üzrə borc məbləğinin ödənilməsi məqsədi ilə Borclu məxsus olan “Samsung A 03” markalı mobil telefonunun üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İcra sənədləri xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsilə sorğular edilmiş, və heç bir nəticə əldə olunmamışdır. Məcburi icra tədbirlərinə başlanılmışdır. İcra tədbirləri nəticəsində borclunun mülkiyyətində “Samsung A 03” markalı işlək vəziyyətdə olan mobil telefon aşkar edillərək siyahıya alınmışdır. Bu barədə xx.xx.2025-ci il tarixdə akt tərtib edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan “Samsung A 03” markalı mobil telefonunun üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş edir. Borclu təqdimata baxılması üçün məhkəmə iclasına gəlmiş, tələbkarlar Tələbkar1 və Tələbkar2 MMC ərizə göndərərək təyin olunmuş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini işə iştirakları olmadan baxılmasını və iş üzrə qanuni qərar qəbul ediməsini xahiş edirlər. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə icra məmurunun və tələbkarların iştirakı olmadan baxılmasını qərara almışdır. Borclu izahat verərək göstərdi ki, heç bir yerdə işləməməklə gəliri yoxdur. İki yerə kredit borcu vardır. Borclarını hissə-hissə ödəyəcəkdir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. İşə əlavə olunmuş İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-1153/2022 nömrəli, xx.xx.2022-ci icra sənədinin surətindən görünür ki, cavabdehlər X1 və Borclu müştərək qaydada 378,71 manat əsas, 22,39 manat cərimə və 30 manat dövlət rüsumu – cəmi 431 (dörd yüz otuz bir) manat 10 (on) qəpik məbləği alınaraq iddiaçı Tələbkar1 xeyrinə ödənilməlidir. İşə əlavə olunmuş İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-1493/2022 nömrəli, xx.xx.2023-cü icra sənədinin surətindən görünür ki, Cavabdeh Borclu 21 mart 2020-ci il tarixli müqavilə üzrə 219,6 manat əsas borc, 21,4 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 271 (iki yüz yetmiş bir) manat məbləğ "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İşdə olan, İsmayıllı rayon İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə İcra tədbirləri nəticəsində borclunun mülkiyyətində “Samsung A 03” markalı işlək vəziyyətdə olan mobil telefon aşkar edilərək siyahıya alınması barədə akt tərtib edilmişdir. İşdə olan borclu tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş izahatın surətindən görünür ki, borclu ailə və maddi vəziyyəti ağır olduğundan borcunu ödəyə bilmir. Məhkəmə borclunun izahatını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq qərara gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-1153/2022 nömrəli, xx.xx.2022-ci icra sənədinə əsasən cavabdehlər X1 və Borclu müştərək qaydada 378,71 manat əsas, 22,39 manat cərimə və 30 manat dövlət rüsumu – cəmi 431 (dörd yüz otuz bir) manat 10 (on) qəpik məbləği alınaraq iddiaçı Tələbkar1 xeyrinə, İsmayıllı Rayon Məhkəməsinin e- 2(037)-1493/2022 nömrəli, xx.xx.2023-cü icra sənədinə əsasən Cavabdeh Borclu müqavilə üzrə 219,6 manat əsas borc, 21,4 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 271 (iki yüz yetmiş bir) manat məbləğ "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İsmayıllı rayon İcra və probasiya şöbəsi borclunun mülkiyyətində “Samsung A 03” markalı işlək vəziyyətdə olan mobil telefon aşkar edilərək siyahıya almış və bu barədə xx.xx.2025-ci il tarixdə akt tərtib etmişdir. Borclu xx.xx.2025-ci il tarixdə veridiyi izahatında ailə və maddi vəziyyəti ağır olduğundan borcunu ödəyə bilmədiyini göstərmişdir. İcra məmuru təqdimat verərək sözü gedən mobil telefonun üzərinə həbs qoyulmasını xahiş etmişdir. Borclu borcunu hissə-hissə ödəyəcəyini nəzərə alaraq iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası “İcra Haqqında” Qanununun 43.1 və 43.1.1-ci maddələrinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 44.1 və 44.1.3-cü maddələrinə əsasən icra məmuru tərəfindən könüllü icra üçün borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb borclunun əmlakına, o cümlədən nəğd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Həmin Qanunun 50.5-ci maddəsinə əsasən üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Əmlak götürülənə qədər borclu, icra məmurunun nəzarəti altında onu sata bilər. Məhkəmə qərara gəlir ki, icra sənədinin icrasının təmin olunması məqsədi ilə Borclu məxsus olan “Samsung A 03” markalı mobil telefonunun üzərinə həbs qoyulması barədə təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Borclu məxsus olan “Samsung A 03” markalı mobil telefonunun üzərinə həbs qoyulsun. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar