Məhkəmə qərarları › İş №8(037)-112/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-112/2024

24.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-112/2024 24.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bədəlov Elvin Əbülfət oğlunun katibliyi Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 2(037)-666/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu 12 iyun 2007-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Tələbkar ödənilən aliment miqdarının artırılaraq Borclu hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Tələbkar ödənilməlidir. İcra sənədi icra olunması üçün İsmayıllı rayon İcra və probasiya şöbəsinə verilmişdir. İsmayıllı rayon icra və probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-666/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 140 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi 04 avqust 2022-ci il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsi ilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu məxsus olan “VAZ 21060” minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin olması müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan “VAZ 21060” minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və Baş Dövlət Yol Polis İdarəsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş edir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Məmmədov, Borclu və Tələbkar təqdimata baxılmasına dair məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq təqdimata baxılmasına dair məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşə əlavə olunmuş İsmayıllı Rayon Məhkəməsinin 2(037)-666/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin surətindən görünür ki,12 iyun 2007-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Tələbkar ödənilən aliment miqdarının artırılaraq Borclu hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Tələbkar xeyrinə ödənilməlidir. İşdə olan “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına dair çıxarışdan görünür ki, Borclu məxsus olan “Vaz 21060” minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu qeyd edilmişdir. İş materialarında olan “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, iş üzrə 10 avqust 2022-ci il tarixdə icraata başlanılmışdır. İcra Haqqında “Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir. 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs,bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə qərara gəlir ki, icra sənədinin icrasının təmin olunması məqsədi ilə Borclu adına qeydə alınmış “Vaz 21060” minik markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu adına qeydə alınmış “VAZ 21060” minik markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə və Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar