Məhkəmə qərarları › İş №8(037)-113/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-113/2024

29.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-113/2024 29.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi Tələbkar iştirakı ilə Borclu əmlakı üzərinə həbsin qoyulmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata 29 oktyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6106/2023 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu dəymiş ziyanın əvəzi olaraq 6000 manat məbləğində pul, 121,50 manat dövlət rüsumu alınaraq Tələbkar ödənilməlidir. Eyni zamanda Borclu 50 (əlli) manat ekspertiza xərci tutularaq müvafiq hesab üzrə Dövlət büdcəsinə ödənilməlidir. Qətnamə üzrə çıxarılmış 24 yanvar 2024-cü il icra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Məmmədov təqdimatla müraciət edərək icra sənədi üzrə borc məbləğinin ödənilməsi məqsədi ilə Borclu adına qeydə alınmış “VAZ 21074” minik markalı “** XC ***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İcra sənədi 24 yanvar 2024-cü il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu məxsus olan “VAZ 21074” minik markalı, “** XC ***” dövlət qeydiyyat nişanlı avtomobilin olması müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan “VAZ 21074” minik markalı,“** XC ***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və Baş Dövlət Yol Polis İdarəsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş edir. Tələbkar təqdimata baxılması üçün məhkəmə iclasına gəlmiş, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Məmmədov və Borclu təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə icra məmurunun və borclunun iştirakı olmadan baxılmasını qərara almışdır. Tələbkar izahat verərək göstərdi ki, Borclu məhkəmə qətnaməsi üzrə dəymiş ziyanı ödəməkdən yayınır. Ona görədə təqdimatın təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. İşə əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6106/2023 nömrəli, xx.xx.2024-cü icra sənədinin surətindən görünür ki, Borclu dəymiş ziyanın əvəzi olaraq 6000 manat məbləğində pul, 121,50 manat dövlət rüsumu alınaraq Tələbkar ödənilməsi və 50 (əlli) manat ekspertiza xərcini Borclu tutularaq müvafiq hesab üzrə Dövlət büdcəsinə ödənilməsi göstərilmişdir. İşdə olan “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına dair çıxarışdan görünür ki, Borclu məxsus olan “VAZ 21074” minik markalı, “** XC ***” dövlət qeydiyyat nişanlı avtomobilin olduğu qeyd edilmişdir. Məhkəmə tələbkarın izahatını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq qərara gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6106/2023 nömrəli, xx.xx.2024-cü icra sənədinin surətindən görünür ki, Borclu dəymiş ziyanın əvəzi olaraq 6000 manat məbləğində pul, 121,50 manat dövlət rüsumu alınaraq Tələbkar ödənilməsi və 50 (əlli) manat ekspertiza xərcini Borclu tutularaq müvafiq hesab üzrə Dövlət büdcəsinə ödənilməsi göstərilmişdir. Qətnamə üzrə çıxarılmış 24 yanvar 2024-cü il icra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qətnaməni icra etmək məqsədi ilə borclunun əmlak vəziyyəti ilə bağlı araşdırma aparılmış, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu məxsus olan “VAZ 21074” minik markalı, “** XC ***” dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. İcra məmuru təqdimat verərək həmin avtomaşının üzərinə həbs qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası “İcra Haqqında” Qanununun 44.1 və 44.1.3-cü maddələrinə əsasən icra məmuru tərəfindən könüllü icra üçün borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 43.1 və 43.1.1-ci maddələrinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb borclunun əmlakına, o cümlədən nəğd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlakı üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 50.5-ci maddəsinə əsasən üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Əmlak götürülənə qədər borclu, icra məmurunun nəzarəti altında onu sata bilər. Məhkəmə qərara gəlir ki, icra sənədinin icrasının təmin olunması məqsədi ilə Borclu adına qeydə alınmış “VAZ 21074” minik markalı “** XC ***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Borclu adına qeydə alınmış “VAZ 21074” minik markalı “** XC ***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə və Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar