Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-114/2024 29.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata 29 oktyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-258/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1993-cü ildə anadan olmuş və İsmayıllı şəhəri, Məhəmməd Füzuli küçəsi, dalan 3, ev 1-də qeydiyyatda olan və yaşayan Borclu 228610 manat məbləğində pul vəsaiti və 518,61 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. Qətnamə üzrə çıxarılmış icra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Məmmədov Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)- 258/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1993-cü ildə anadan olmuş və İsmayıllı şəhəri, Məhəmməd Füzuli küçəsi, dalan 3, ev 1-də qeydiyyatda olan və yaşayan Borclu 228610 manat məbləğində pul vəsaiti və 518,61 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. xx.xx.2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Qətnamənin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Ona görədə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Məmmədov, tələbkar "xxxx" MMC və Borclu təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materialarında olan 29 may 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Borclu 228610 manat məbləğində pul və 518,61 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC - yə ödənilməlidir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq qərara gəlir ki, təqdimat təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-258/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1993-cü ildə anadan olmuş və İsmayıllı şəhəri, Məhəmməd Füzuli küçəsi, dalan 3, ev 1-də qeydiyyatda olan və yaşayan Borclu 228610 manat məbləğində pul vəsaiti və 518,61 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul olunaraq icraata başlanılmışdır. Borcun ödənilməsi təmin edilməmişdir. Göründüyü kimi icra sənədinin icrası ilə bağlı zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq borclu icra sənədinin icrasını təmin etməmişdir. İcra məmuru təqdimatla müraciət edərək borclunun ölkədən getmək hüququnun müvvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbədən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə borc məbləğinin miqdarını və borclunun ölkə ərazisini tərk etmək ehtimalı olduğu nəzərə alaraq hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın təmin olunması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx xxxxxx 1993-cü il tarixdə anadan olmuş və İsmayıllı şəhəri, Məhəmməd Füzuli küçəsi, dalan 3, ev 1-də qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-114/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-114/2024
29.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver