Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-118/2024 14.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə, Borclu məxsus əmlakın üzərindən həbsin götürülməsi barədə İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimata 14 noyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-91/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 2537,25 manat məbləğində vurulmuş ziyan, 500 manat audit hesabatının aparılması üçün xərc və 60 manat mediasiya xərci olmaqla, cəmi 3097,25 manat pul tutularaq tələbkar “Aqrar İnnovasiya və Təchizat Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla müraciət edərək Borclu adına qeydə alınmış “VAZ 21214” minik markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin e-2(037)- 91/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 2537,25 manat məbləğində vurulmuş ziyan, 500 manat audit hesabatının aparılması üçün xərc və 60 manat mediasiya xərci olmaqla, cəmi 3097,25 manat pul tutularaq tələbkar “Aqrar İnnovasiya və Təchizat Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(037)-55/2024 nömrəli qərardadı ilə icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu adına qeydə alınmış “VAZ 21214” minik markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Tələbkar müraciət edərək icra sənədi üzrə icraatına xitam verilməsini xahiş etmişdir. Ona görədə icra şöbəsi tərəfindən təqdimatla məhkəməyə müraciət olunaraq Borclu adına qeydə alınmış “VAZ 21214” minik markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi məsələsinə baxılmasını xahiş edir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Məmmədov, Borclu və tələbkar “Aqrar İnnovasiya və Təchizat Şirkəti ASC təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasına mümkün hesab etmişdir. İşdə olan İsmayıllı Rayon Məhkəməsi tərəfindən 04 mart 2024-cü il tarixdə verilmiş icra vərəqəsidən görünür ki, Borclu 2537,25 manat məbləğində vurulmuş ziyan, 500 manat audit hesabatının aparılması üçün xərc və 60 manat mediasiya xərci olmaqla, cəmi 3097,25 manat pul tutularaq tələbkar “Aqrar İnnovasiya və Təchizat Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. İşdə olan İsmayıllı Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 8(037)-55/2024 nömrəli qərardadından görünür ki, Borclu adına qeydə alınmış “VAZ 21214” minik markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İşdə olan “Aqrar İnnovasiya və Təchizat Şirkəti ASC tərəfindən olan verilmiş 31 oktyabr 2024-cü il tarixli məktubun surətindən görünür ki, qətnamə üzrə borc məbləği Borclu tərəfindən tam ödənildiyindən icra işinə xitam verilməsi xahiş olunmuşdur. İşdə olan İsmayıllı rayon İcra və probasiya şöbəsinin 01 noyabr 2024-cü il tarixli qərarından görünür ki, icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunduğundan iş üzrə icraata xitam verilmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq qərara gəlir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimat və ona əlavə olunmuş sənədlərdən görünür ki, İsmayıllı Rayon Məhkəməsi tərəfindən 04 mart 2024-cü il tarixdə verilmiş icra vərəqəsinə əsasən Borclu 2537,25 manat məbləğində vurulmuş ziyan, 500 manat audit hesabatının aparılması üçün xərc və 60 manat mediasiya xərci olmaqla, cəmi 3097,25 manat pul tutularaq tələbkar “Aqrar İnnovasiya və Təchizat Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. İsmayıllı Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 8(037)-55/2024 nömrəli qərardadına əsasən Borclu adına qeydə alınmış “VAZ 21214” minik markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş üzrə tələbkar 31 oktyabr 2024-cü il tarixli məktubla müraciət edərək qətnamə üzrə borc məbləği Borclu tərəfindən tam ödənildiyindən icra işinə xitam verilməsi xahiş etmişdir. İsmayıllı rayon İcra və probasiya şöbəsi tərəfindən 01 noyabr 2024-cü il tarixdə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmuşdur. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi təqdimatla müraciət edərək Borclu adına qeydə alınmış “VAZ 21214” minik markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə təqdimatın təmin olunmasını xahiş edir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Borclu məxsus avtomobilin üzərinə həbs məhkəmə qərardadı ilə qoyulduğundan, icra sənədi üzrə icraata xitam verildiyindən və borcluya məxsus avtomobilin üzərində həbsin qalmasına zərurət olmadığından təqdimatın təmin olunması barədə qərardad qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(037)-55/2024 nömrəli qərardadı ləğv edilsin. Borclu mülkiyyətində olan “VAZ 21214” minik markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-118/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-118/2024
14.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver