Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-119/2024 14.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə Borclu İsmayıllı rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimata 14 noyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ucar Rayon Məhkəməsinin 2(063)-493/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 27 iyul 2014-cü il təvəllüdlü X2 və 13 dekabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün həmin məhkəmənin 28 yanvar 2022-ci il tarixli, 2(063)-100/2022 saylı qətnaməsi ilə tutulan aliment miqdarı dəyişdirilərək cavabdeh Borclu İddiaçı Tələbkar xeyrinə hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutulmalıdır. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, İcra sənədinin icrasına xx.xx.2024-cü il tarixli qərarla başlanılmış və qanunamüvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun yaşadığı İsmayıllı rayonu, İsmayıllı kəndi ünvanına icraata başlamaq haqqında qərarın surəti və bildiriş göndərilmiş, borclu icraata başlamaq haqqında qərarın sürətini və bildirişi qəbul etmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclunun məcburi gətirilməsi haqqında xx.xx.2024-cü il tarixdə qərar qəbul edilərək ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Hazırda borclunun 2024-cü il noyabr ayıda nəzərə alınaraq 1560 manat aliment borcu vardır. Göstərilənləri nəzərə alaraq Borclu İsmayıllı rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Məmmədov, Borclu və Tələbkar təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşə əlavə olunmuş 25 iyun 2024-cü il tarixli icra sənədinin surətindən görünür ki, Ucar Rayon Məhkəməsinin 2(063)-493/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən İcra sənədi üzrə hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 27 iyul 2014-cü il təvəllüdlü X2 və 13 dekabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Ucar Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2(063)- 100/2022 saylı qətnaməsi ilə tutulan aliment miqdarı dəyişdirilərək cavabdeh Borclu İddiaçı Tələbkar xeyrinə hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutulmalıdır. İş materialarında olan “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, iş üzrə 27 iyun 2024-cü il tarixdə icraata başlanılmışdır. İş materialarında olan 17 sentyabr 2024-cü il tarixli qərarən surətindən görünür ki, Borclu icra şöbəsinə məcburi gətirilməsi haqqında icra məmuru tərəfindən qərar qəbul olunmuşdur. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Ucar Rayon Məhkəməsinin 2(063)-493/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən İcra sənədi üzrə hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 27 iyul 2014-cü il təvəllüdlü X2 və 13 dekabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Ucar Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2(063)-100/2022 saylı qətnaməsi ilə tutulan aliment miqdarı dəyişdirilərək cavabdeh Borclu İddiaçı Tələbkar xeyrinə hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra məmuru tərəfindən icra sənədinin icrasını təmin etmək məqsədi ilə müvafiq tədbirlər görülmüşdür. Borclu icra məmurun çağrışlarına gəlməkdən yayınmışdır. İcra məmuru xx.xx.2024-cü il tarixdə Borclu məcburi gətiriliməsi haqqında qərar qəbul etdikdən sonra müvafiq təqdimatla məhkəməyə müraciət etmişdir. İcra məmuru təqdimatla müraciət edərək borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İş üzrə göründüyü kimi icra məmuru tərəfindən məhkəmə əmrinin icra olunması ilə bağlı müvafiq tədbirlər görülmüş, lakin Borclu heç bir üzrlü səbəb göstərmədən Ucar Rayon Məhkəməsinin 2(063)-493/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədini icra etməmiş, icra məmurunun çağırışlarına gəlməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231,263-264,268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. xx.xx.1993-cü il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində anadan olmuş, İsmayıllı rayonun İsmayıllı kəndi ünvanında qeydiyyatda olan və yaşayan borclu Hüseynov X3 rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə və İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-119/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-119/2024
14.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver