Məhkəmə qərarları › İş №8(037)-120/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-120/2024

22.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-120/2024 22.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bədəlov Elvin Əbülfət oğlunun katibliyi Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Notariat Kontorunun 8İ-4278 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 20000 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi icra olunması üçün İsmayıllı rayon İcra və probasiya şöbəsinə verilmişdir. İsmayıllı rayon icra və probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, İsmayıllı Rayon Notariat Kontorunun 8İ-4278 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 20000 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi 06 iyul 2024-cü il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi tam təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə yaşadığı evə əmlak siyahıya alınması üçün baxış keçirilmiş və 1 ədəd ”X1 10” markalı mobil telefon aşkar olunaraq tərəfimizdən siyahıya alınmışdır. Siyahıya alınma zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 89 nömrəli qərarın qaydalarına riayət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan 1 ədəd ”X1 10” markalı mobil telefonun üzərinə həbs dair qərardad qəbul edilməsini xahiş edir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Məmmədov, Borclu və Tələbkar təqdimata baxılmasına dair məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq təqdimata baxılmasına dair məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşə əlavə olunmuş İsmayıllı Rayon Notariat Kontorunun 8İ-4278 nömrəli, xx.xx.2024cü il tarixli icra qeydindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Tələbkar xeyrinə İsmayıllı şəhəri, Babadağ küçəsi, ev 22 ünvanında qeydiyyatda olan Borclu müddət üçün vaxtında ödənilməmiş 20000 manat tutulmalıdır. İşə əlavə olunmuş İsmayıllı rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib olunmuş, 07 noyabr 2024-cü il tarixli aktın surətindən görünür ki, həmin tarixdə icra sənədin icrası ilə bağlı Borclu evinə baxış keçirilərkən ona məxsus 1 ədəd ”X1 10” markalı mobil telefon aşkar olunmuşdur. Təqdimat və ona əlavə edilmiş sənədlərdən görünür ki, İsmayıllı Rayon Notariat Kontorunun 8İ-4278 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan Tələbkar xeyrinə İsmayıllı şəhəri, Babadağ küçəsi, ev 22 ünvanında qeydiyyatda olan Borclu müddət üçün vaxtında ödənilməmiş 20000 manat tutulmalıdır. İsmayıllı rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib olunmuş 07 noyabr 2024-cü il tarixli aktın surətindən görünür ki, həmin tarixdə icra sənədin icrası ilə bağlı Borclu evinə baxış keçirilərkən ona məxsus 1 ədəd ”X1 10” markalı mobil telefon aşkar olunmuşdur. İcra Haqqında “Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir. 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs,bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə qərara gəlir ki, icra sənədinin icrasının təmin olunması məqsədi ilə Borclu məxsus olan 1 ədəd ”X1 10” markalı mobil telefon üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu məxsus olan 1 ədəd ”X1 10” markalı mobil telefon üzərinə həbs qoyulsun. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar