Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-122/2024 26.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bədəlov Elvin Əbülfət oğlunun katibliyi Tələbkar Borclu iştirakı ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata 26 noyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli 2(037)-148/2024 nömrəli icra sənədinə əsasən 17 avqust 1980-ci ildə anadan olmuş və İsmayıllı rayonu, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Borclu 2216,75 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi 13 sentyabr 2024-cü il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icraata başlama haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş edir. İş üzrə Borclu izahat verərək göstərdi ki, 2200 manat borcundan 330 manat ödəniş etmişdir. Heç yerdə işləmədiyindən borcunu tam ödəməyə imkanı yoxdur. Ailə və maddi vəziyyəti ağırdır. İş üzrə qanunamüvafiq qaydada qərar qəbul olunmasını xahiş edir. İş üzrə Tələbkar məhkəmə iclasında izahat verərək, məhkəmə qətnaməsi üzrə təmin edilmiş dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirərək borclu barəsində qanunamüvafiq qərar qəbul olunmasını xahiş etdi. İş materialarında olan 05 avqust 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu 2175 manat maddi ziyan və 41,75 manat dövlət rüsumu olmaqla, cəmi 2216,75 manat pul alınaraq iddiaçı Tələbkar ödənilməlidir. İş materialarında olan “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, iş üzrə 13 sentyabr 2024-cü il tarixdə icraata başlanılmışdır. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, təqdimat təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli 2(037)-148/2024 nömrəli icra sənədinə əsasən cavabdeh Borclu 2175 manat maddi ziyan və 41,75 manat dövlət rüsumu olmaqla, cəmi 2216,75 manat pul alınaraq iddiaçı Tələbkar verilməlidir. İş üzrə 13 sentyabr 2024-cü il tarixdə icraata başlanılmışdır. İcra sənədinin icrası ilə bağlı zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq borclu icra sənədinin icrasını təmin etməmişdir. İcra məmuru təqdimatla müraciət edərək borclunun ölkədən getmək hüququnun müvvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Tərəflər iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edirlər. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbədən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, borclunun ölkə ərazisini tərk etmək ehtimalı olduğu nəzərə alınaraq onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın təmin olunması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. 17 avqust 1980-ci il tarixdə İsmayıllı rayonu ünvan 1ində anadan olmuş və İsmayıllı rayonu ünvan 1i ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-122/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-122/2024
26.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver