Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-125/2024 12.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə Borclu İsmayıllı rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimata 12 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1671/2017 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 2433,1 manat məbləğində pul vəsaiti və 31 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədinin icrasına xx.xx.2018-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən İsmayıllı şəhəri, M.F.Axundov küçəsi dalan 2, ev 21 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın sürətini və bildirişi qəbul etmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Borclunun məcburi gətirilməsi haqqında xx.xx.2024-cü il tarixdə qərar qəbul edilərək borclunun ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənləri nəzərə alaraq Borclu İsmayıllı rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Tələbkar "xxxx" ASC elektron ərizə göndərərək işə iştirakları olmadan baxılmasını və təqdimatın təmin olunmasını xahiş etmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru və Borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşə əlavə olunmuş İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1671/2017 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Borclu iddiaçı "xxxx" ASC-nin xeyrinə maddi ziyanın əvəzinin ödənilməsi üçün verilmiş 2395,10 manat sığorta məbləği, 31,00 manat dövlət rüsumu və 07 manat notariat xərci, cəmi 2433 (iki min dörd yüz otuz üç) manat 10 (on) qəpik tutulmalıdır. İş materialarında olan 25 noyabr 2024-cü il tarixli qərarən surətindən görünür ki, Borclu icra şöbəsinə məcburi gətirilməsi haqqında icra məmuru tərəfindən qərar qəbul olunmuşdur. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1671/2017 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Borclu iddiaçı "xxxx" ASC-nin xeyrinə maddi ziyanın əvəzinin ödənilməsi üçün verilmiş 2395,10 manat sığorta məbləği, 31,00 manat dövlət rüsumu və 07 manat notariat xərci, cəmi 2433 (iki min dörd yüz otuz üç) manat 10 (on) qəpik tutulmalıdır. İcra məmuru tərəfindən qətnamənin icrasını təmin etmək məqsədi ilə müvafiq tədbirlər görülmüşdür. Borclu icra məmurun çağrışlarına gəlməkdən yayınmışdır. İcra məmuru 25 noyabr 2024-cü il tarixdə Borclu məcburi gətiriliməsi haqqında qərar qəbul etdikdən sonra müvafiq təqdimatla məhkəməyə müraciət etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İş üzrə göründüyü kimi icra məmuru tərəfindən qətnamənin icra olunması ilə bağlı müvafiq tədbirlər görülmüş, lakin Borclu heç bir üzrlü səbəb göstərmədən İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1671/2017 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədini icra etməmiş, icra məmurunun çağırışlarına gəlməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231,263-264,268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. xx.xx.1988-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı şəhəri M.F.Axundov küçəsi dalan 2 ev 21-də yaşayan borclu Həsənov X1 rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə və İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-125/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-125/2024
12.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver