Məhkəmə qərarları › İş №8(037)-126/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-126/2024

11.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-126/2024 11.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə Naxçıvan Şəhər Rayon Məhkəməsinin 2(078)-236/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu İsmayıllı rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimata 11 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Rayon Məhkəməsinin 2(078)-236/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 1150 manat pul alınıb Tələbkar verilməli, Tələbkar tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 9915 nömrəli qəbzlə ödənilmiş 32 manat dövlət rüsumu Borclu alınıb tələbkara qaytarılmalıdır. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, İcra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş, 10 gün müddətində icra sənədi üzrə borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş borclunun yaşadığı İsmayıllı şəhəri, Babadağ məhəlləsi ev 10 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın sürətini və bildirişi qəbul etmiş və sms xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Borclunun məcburi gətirilməsi haqqında xx.xx.2024-cü il tarixdə qərar qəbul edilərək borclunun ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənləri nəzərə alaraq Borclu İsmayıllı rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Tələbkar Xanalı qızı teleqram göndərərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru və Borclu təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşə əlavə olunmuş Naxçıvan Şəhər Rayon Məhkəməsinin 2(078)-236/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Borclu 1150 manat pul alınıb iddiaçı Tələbkar verilməli, iddiaçı Tələbkar tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 9915 nömrəli qəbzlə ödənilmiş 32 manat dövlət rüsumu cavabdeh Borclu alınıb tələbkara qaytarılmalıdır. İş materialarında olan 14 iyun 2024-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, borcluya icra sənədinin icrası ilə bağlı bildiriş göndərilmişdir. İş materialarında olan 21 noyabr 2024-cü il tarixli qərarən surətindən görünür ki, Borclu icra şöbəsinə məcburi gətirilməsi haqqında icra məmuru tərəfindən qərar qəbul olunmuşdur. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Naxçıvan Şəhər Rayon Məhkəməsinin 2(078)-236/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Borclu 1150 manat pul alınıb iddiaçı Tələbkar verilməli, iddiaçı Tələbkar tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 9915 nömrəli qəbzlə ödənilmiş 32 manat dövlət rüsumu cavabdeh Borclu alınıb tələbkara qaytarılmalıdır. İcra məmuru tərəfindən qətnamənin icrasını təmin etmək məqsədi ilə müvafiq tədbirlər görülmüşdür. 14 iyun 2024-cü il tarixdə “Tələbin könüllü icrası haqqında” bildirişin surəti borcluya göndərilmişdir. Borclu icra məmurun çağrışlarına gəlməkdən yayınmışdır. İcra məmuru 21 noyabr 2024-cü il tarixdə Borclu məcburi gətiriliməsi haqqında qərar qəbul etdikdən sonra müvafiq təqdimatla məhkəməyə müraciət etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İş üzrə göründüyü kimi icra məmuru tərəfindən qətnamənin icra olunması ilə bağlı müvafiq tədbirlər görülmüş, lakin Borclu heç bir üzrlü səbəb göstərmədən Naxçıvan Şəhər Rayon Məhkəməsinin 2(078)-236/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini icra etməmiş, icra məmurunun çağırışlarına gəlməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231,263-264,268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. xx.xx.1991-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı şəhəri, Babadağ məhəlləsi ev 10 ünvanında yaşayan borclu Hacıyev X1 rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə və İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar