Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-129/2024 09.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə İsmayıllı Rayon Məhkəməsinin 2(037)-87/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin təqdimatına və ona əlavə edilmiş sənədlərə 09 dekabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 2(037)-87/2019 nömrəli, xx.xx.2019-cu icra sənədinə əsasən xx xxxx 1983-cü ildə anadan olmuş və İsmayıllı rayon Ruşan kəndi ünvanında qeydiyyatda olan və yaşayan Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, icra sənədi 23 yanvar 2019-cu il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədilə sorğular göndərilmişdir. Bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Ona görə də təqdimatla məhkəməyə müraciət edərək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyində geri qaytarılmalıdır. Belə ki, təqdimat və ona əlavə olunmuş sənədlərdən görünür ki, icra məmuru tərəfindən iş üzrə edilməli olan icra hərəkətləri, xüsusəndə icra sənədi üzrə qanunla müəyyən olunmuş müddətdə icraata başlamaq haqqında qərarın qəbul edilməsi, həmin qərarın surətinin qanunla müəyyən olunmuş müddətdə borcluya göndərilibgöndərilməməsi, könüllü icra müddətinin təyin olunması, bununla bağlı bildirişin vaxtında borcluya çatdırılması, qanunda nəzərdə tutulmuş digər məcburi icra tədbirlərinin görülübgörülməməsinə dair sübutları təqdimata əlavə etməmiş, icra sənədinin icra edilməməsinin səbəbləri müəyyənləşdirilməmişdir. Bundan başqa icra məmuru tərəfindən borclunun əvvəllər ölkə ərazisini tərk edib-etməməməsi araşdırılmamış, təqdimatda yalnız borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra sənədinin icrasını təmin etmək məqsədi daşıdığını göstərməklə kifayətlənmiş, hazırki təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl istər borclunun, istərsədə tələbkarın bu növ məcburi icra tədbirinin görülməsinə dair münasibətləri öyrənilməmişdir. Qanunun tələbinə görə isə belə bir tədbirin görülməsi ilə bağlı borclunun məlumatlandırılması vəzifə kimi icra məmurunun üzərinə qoyulmuşdur. İcra məmuru qanunvericiliyin tələblərinə əməl etmədən hazırki təqdimata məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon icra və probasiya şöbəsindən daxil olmuş təqdimat və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-129/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-129/2024
09.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver