Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-13/2025 20.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə Borclu əmlakı üzərinə həbsin qoyulmasına dair İsmayıllı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata və ona əlavə edilmiş sənədlərə 20 fevral 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 16(037)-28/2024 nömrəli 29 noyabr 2024-cü il tarixli icra sənədinə əsasən 29 noyabr 2024-cü il tarixdən başlayaraq mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək Borclu hər ay hər uşağa 150 manat olmaqla cəmi 300 manat məbləğində müvəqqəti aliment tutularaq 08 may 2015-ci il tarixdə doğulmuş X1 və 27 aprel 2016-cı il tarixdə doğulmuş X2 saxlanılması üçün Tələbkar ödənilməlidir. İsmayıllı Rayon İcra və Probasiya Şöbəsin təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, icra sənədinin icrasına 29 noyabr 2024-cü il tarixli qərarla başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun yaşadığı İsmayıllı rayonun İvanovka kəndindəki ünvanına icraata başlamaq haqqında qərarın surəti və bildirişi göndərilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatlarına əsasən Borclu məxsus “VAZ 21074” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. İcra sənədinin icrasının təmin etmək məqsədi ilə Borclu məxsus həmin əmlakın üzərinə həbsin qoyulması məsələsinə baxılması xahiş olunmuşdur. Təqdimata baxılanadək icra məmuru müraciət edərək Borclu əmlakı üzərinə həbsin qoyulmasına dair təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Borclu əmlakı üzərinə həbsin qoyulmasına dair İsmayıllı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimat və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-13/2025
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-13/2025
20.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver