Məhkəmə qərarları › İş №8(037)-130/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-130/2024

27.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-130/2024 27.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Borclu iştirakı ilə İsmayıllı Rayon Məhkəməsinin 8(037)-112 nömrəli 24 oktyabr 2024-cü il tarixli qərardadı ilə Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair İsmayıllı rayon icra və probasiya şöbəsindən daxil olmuş təqdimata 27 dekabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İsmayıllı Rayon Məhkəməsinin 8(037)-112 nömrəli 24 oktyabr 2024-cü il tarixli qərardadına əsasən Borclu məxsus “VAZ 21060” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İsmayıllı Rayon İcra və probasiya şöbəsinin icra məmuru təqdimatla müraciət edərək bildirmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-666 nömrəli 04 avqust 2022-ci tarixli icra sənədinə əsasən, 12 iyun 2007-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə məhkəmənin 8(037)-112 saylı 24 oktyabr 2024-cü il tarixli qərardadı ilə Borclu məxsus “VAZ 21060” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Borclu icra zamanı borcunu tam ödənilməsinə dair qəbzləri icra şöbəsinə təqdim etmişdir. Ona görə də Borclu məxsus “VAZ 21060” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş edir. İcra məmuru və tələbkar təqdimata baxılması üzrə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişlər. Borclu izahat verərək göstərdi ki, icra sənədi üzrə hal-hazıradək yaranmış aliment borcunu tam şəkildə ödəmişdir. Ona görə də ona məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş edir. Məhkəmə borclunun izahatını dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdırıb qərara gəlir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimat və ona əlavə olunmuş sənədlərdən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-666 nömrəli 04 avqust 2022-ci tarixli icra sənədinə əsasən, 12 iyun 2007-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. İsmayıllı rayon Məhkəməsinin 8(037)-112 saylı 24 oktyabr 2024-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “VAZ 21060” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Borclu icra sənədi üzrə hal-hazıradək yaranmış aliment borcunu tam şəkildə ödəmişdir. Tələbkar ərizə ilə İsmayıllı rayon icra və probasiya şöbəsinə müraciət edərək Borclu 550 manat aliment borcunu ödədiyini bildirmiş və borcluya məxsus “VAZ 21060” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən məhdudiyyətin götürülməsini xahiş etmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi təqdimatla müraciət edərək Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatın təmin olunmasını xahiş etmişdir. Borclu təqdimatın təmin olunmasını xahiş edir. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Borclu mülkiyyətində olan “VAZ 21060” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs məhkəmə qərardadı ilə qoyulduğundan, icra sənədi üzrə hal-hazıradək yaranmış aliment borcu ödənildiyindən və borcluya məxsus avtomobilin üzərində həbsin qalmasına zərurət olmadığından təqdimatın təmin olunması barədə qərardad qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan “VAZ 21060” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron kabinet vasitəsilə İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar